Slimfit
  1. DÜNYA

Moldovada Şərab Turizmi üzrə 3-cü Qlobal konfrans keçirilib

Moldovada Şərab Turizmi üzrə 3-cü Qlobal konfrans keçirilib
Sakura

Moldovada Şərab Turizmi üzrə 3-cü Qlobal konfrans keçirilib

Moldovanın paytaxtı Kişinyov şəhərində Dünya Turizm Təşkilatının və Moldova Hökumətinin birgə təşkilatçılığı ilə Şərab Turizmi üzrə 3-cü Qlobal konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə turizm sektorunun sürətlə inkişaf edən sahələrindən biri olan şərab turizminin ölkələrin iqtisadiyyatının inkişafına töhfəsinə və şərabçılığın turizmin digər sahələri ilə əlaqəsinə dair müzakirələr aparılıb.

Tədbiri açan Moldovanın Baş naziri Pavel Filip ölkəsində şərab turizminin inkişafı barədə məlumat verib. Bildirib ki, şərabçılıq sahəsinə dövlət qayğısı nəticəsində bu gün ölkəsi dünyada qabaqcıl yerlərdən birini tutur.

Dünya Turizm Təşkilatının baş katibinin müavini Ceymi Kabal çıxışında turizmin bütün sahələri üzrə inkişafa nail olunduğunu qeyd edərək şərab turizminin əhəmiyyətinə diqqəti yönəldib. O, Şərab Turizmi üzrə Qlobal konfransların keçirilməsinin bu sahənin daha da inkişaf etdirilməsinə xidmət etdiyini bildirib.

Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri, habelə Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Anar Məhərrəmov şərabçılığın ölkəmizdə prioritet sahələrdən biri olduğunu diqqətə çatdırıb. A.Məhərrəmov dövlət başçısının diqqət və qayğısı nəticəsində bu gün respublikamızda həyata keçirilən sosial-iqtisadi siyasətin və islahatların təzahürü kimi şərabçılıq mədəniyyətinin şöhrətinin bərpa edildiyini, bu məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi və onların dünya bazarında layiqli yer tutmasına əsas yaratdığını xüsusi vurğulayıb.

Qeyd edib ki, ölkədə qəbul edilmiş dövlət proqramları nəticəsində şərabçılığın inkişafı böyük vüsət alıb, “milli brend” adı altında ölkə şərablarının geniş şəkildə satışı və təşviqi, həmçinin digər ölkələrdə Azərbaycan şərab evlərinin açılması uğurla həyata keçirilir.

Konfransda şərabçılıq sahəsi üzrə tanınmış beynəlxalq ekspertlər çıxış edərək şərab turizminin inkişafı, bu sahədə mövcud problemlər barədə geniş müzakirələr aparıblar.

Dünya Turizm Təşkilatının himayəsi altında şərab turizmi üzrə qlobal konfransların keçirilməsi tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanaraq, bu cür konfransların şərab turizminin inkişafına töhfə verdiyi və şərabçılıq sahəsində qabaqcıl dövlətlərin və tanınmış ekspertlərin təcrübəsinin öyrənilməsi baxımından vacibliyi vurğulanıb.

Tədbirdə Şərab Turizmi üzrə 4-cü Qlobal konfransın Çilidə keçirilməsinə dair razılıq əldə edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR