Moldovada gömrük rüsumları internet üzərindən ödəniləcək
Moldova Dövlət Vergi Xidmətinin məlumatına əsasən, ilk dəfə olaraq idxal-ixrac əməliyyatları ilə bağlı ödənişlər hökumətin “Mpay” elektron ödəniş sistemi vasitəsilə mümkün olacaq.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, beləliklə, vətəndaşlıq mənsubiyyətindən asılı olmayaraq, həm fiziki, həm də hüquqi şəxslər gömrük rüsumlarını özlərinə uyğun olan internet-bankinq, bank kartı və ya nağd pul kimi ödəniş alətləri vasitəsilə yerinə yetirəcəklər. Ödənişlərin bank kartı və ya nağd aparılması üçün ödəyicilər "cash-in" terminalından istifadə edəcəklər.
Bununla yanaşı, Moldova Gömrük Xidməti gömrük məntəqələrində kompüterlərin quraşdırılması təşəbbüsünü irəli sürüb. Həmin kompüterlər internet-bankinq sistemindən istifadə imkanı yaradacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət