Slimfit
  1. HƏRB

Moldova xəbər portalı: Azərbaycanlılar və ermənilər Qarabağda dinc yaşaya biləcəklərmi?

Moldova xəbər portalı: Azərbaycanlılar və ermənilər Qarabağda dinc yaşaya biləcəklərmi?
Sakura

Moldova xəbər portalı: Azərbaycanlılar və ermənilər Qarabağda dinc yaşaya biləcəklərmi?

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,Moldovanın noi.md portalında azərbaycanlılar və ermənilərin Qarabağda dinc şəkildə yanaşı yaşama məsələrinə həsr olanan məqalə dərc olunub. Məqalədə ölkəmizin Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun məsələ ilə bağlı fikirlərinə yer verilib.

Səfirin sözlərinə görə, 30 illik işğaldan sonra Qarabağ və ətraf rayonlardakı vəziyyət Xirosima və Naqasakidən daha pisdir.

“Qarabağı tərk edən ermənilər yalnız məscidləri, qəbiristanlıqları, abidələri, məktəbləri, xəstəxanaları, evləri dağıtmaqla kifayətlənməyib, meşələri və tarlaları yandırıb, həm də heç yaşamadıqları əraziləri minalayıblar. İndi isə artıq Azərbaycan azad edilmiş torpaqlarında dinc həyat qurmağa başladığı bir zamanda insanlar ölməyə davam edirlər”, - deyə Q.Osmanov bildirib.

Səfir qeyd edib ki, noyabrın 10-dan indiyədək 14 Azərbaycan vətəndaşı - beş hərbi qulluqçu və doqquz mülki şəxs Qarabağdakı mina partlayışlarının qurbanına çevrilib.

52 hərbçi və 8 mülki şəxs müxtəlif dərəcəli xəsarətlər alıb. Buna baxmayaraq, rəsmi İrəvan mina xəritələrini hələ də təqdim etməyib. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar isə yenidən susur və bu məsələdə Ermənistana heç bir şəkildə təsir göstərmir.

Qüdsi Osmanov Birinci Qarabağ müharibəsində işğal olunmuş ərazilərdən qovulmuş məcburi köçkünlərin yaxın gələcəkdə öz doğma torpaqlarına qayıtmaq istədiklərini diqqətə çatdırıb.

“Lakin sual yaranır, bunu necə edə biləcəklər və bütün bunlardan sonra Qarabağda qalan ermənilər eyni torpaqda azərbaycanlılarla dinc yanaşı yaşaya biləcəklərmi? Bu sualın cavabı çoxdan Azərbaycan hakimiyyəti tərəfindən verilib. Rəsmi Bakı dəfələrlə Qarabağda ermənilərin və azərbaycanlıların dinc yanaşı yaşaması üçün əlindən gələni edəcəyini bildirib. Prezident İlham Əliyev çıxışlarında Azərbaycanın tam hüquqlu vətəndaşı sayılan və Azərbaycan Respublikasının qanunları ilə qorunacaq bölgədə yaşayan ermənilərin təhlükəsizliyini təmin etdiyini dəfələrlə bildirib”, - deyə diplomat xatırladıb.

Azərbaycanın Moldovadakı səfiri dünyanın hər yerində yüz minlərlə azərbaycanlının və erməninin dinc yanaşı yaşadığını qeyd edib.

“Məsələn, Rusiyada iki xalqın nümayəndələri dostdurlar və birlikdə işləyirlər. Üstəlik, Bakıda və Azərbaycanın digər böyük şəhərlərində təxminən 30 min erməni yaşayır və onları heç nə təhdid etmir. Buna görə də azərbaycanlılar və ermənilər Qarabağda birlikdə yaşaya bilərlər, lakin burada hər şey böyük ölçüdə erməni tərəfinin özündən, istək və anlayışından asılıdır”- deyə Q.Osmanov vurğulayıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR