Modul tipli xəstəxanaların inşasının məqsədi açıqlandı: “İkinci dalğa yoluxma ehtimalı və...”
“Modul tipli xəstəxanaların inşası iyun ayına kimi başa çatdırlacaq”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, bu xəstəxanaların qurulması qarşıda ikinci dalğa yoluxma ehtimalı və arzu etmədiyimiz ssenarinin baş verə bilməsi ilə əlaqədardır:
“Həmin dövrdə yetəri qədər çarpayı fondunun olması baxımından bu xəstəxanalar vacibdir. Qarşıdakı dövrdən asılı olaraq, bu xəstəxanaların qalıb-qalmamasına baxılacaq”.
“Bu xəstəxanalar ölkəmizin imkanlarını daha da genişləndirir və istədiyimiz vaxt istədiyimiz yerdə açaraq, tibbi məqsədlər üçün istifadə edilə bilər”, - deyə R.Bayramlı qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət