Dərc edildi: Baxış sayı: 1194
Bu mövsüm naxışlar çox dəbdədir!
Bu mövsüm naxışlar çox dəbdədir! Leoparlar, ulduzlar, yay meyvələri və indi də ürəklər. Sevgililər gününə çox var amma niyəsə hər tərəfdə ürəklər görürük. Ürək formasında eynəklərlə başlayan bu trend indi isə paltardan ayaqqabıya qədər bir çox modeldə görülür.
Zaman zaman trend olan ürək naxışları romantik dəbin başda gələn nümunələrindən biridir. Dolce & Gabbana və Emilia Wickstead-in Yaz Yay 2018 kolleksiyalarında qarşımıza çıxan ürək naxışları yavaş-yavaş bütün markalarda görülməyə başladı. Bu eşq və sevgi dolu trendi sevməməyiniz üçün heç bir səbəb görə bilmirəm! Tamamilə ürəklər ilə əhatə olunmaq sizə görə deyilsə belə kiçik motivlərlə bu dəbi geyimlərinizə tətbiq edə bilərsiniz.
MODADA SEVGİ BOMBASINI AŞAĞIDA SİZİN ÜÇÜN SEÇDİYİM MODELLƏRDƏ GÖRƏ BİLƏRSİNİZ
Mənbə: 1lady.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət