Dərc edildi: Baxış sayı: 718
Mobil tətbiqlər istifadəçiləri nəzarətdə saxlayır
"Kommersant.az" xəbər verir ki, "Bloomberg"in məlumatına görə, mobil tətbiqlər silindikdən sonra belə sizi nəzarətdə saxlaya bilir. Nəşr iddia edir ki, bu, internetdə konfidensionallıq məsələsini gündəmə gətirə bilər. Lakin nə "Apple", nə də "Google", şirkətlərin siyasətini pozan proqramlarla mübarizədə hələ ki, heç bir addım atmayıb.
Məlumata görə, proqram tərtibatı ilə məşğul olan şirkətlər tətbiqi kimin sildiyini bilirlər və həmin şəxsi tətbiqi yenidən aktiv etməyə inandırmaq üçün intruziv reklamlar göndərirlər.
Həmin şirkətlər arasında "AppsFlyer", "MoEngage", "Localytics" və "CleverTap"ın adı var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət