Slimfit
  1. TEXNOLOGİYA

Mobil tətbiqlər dünyanı ələ keçirir

Mobil tətbiqlər dünyanı ələ keçirir
Sakura

Mobil tətbiqlər dünyanı ələ keçirir

"WhatsApp", "Facebook Messenger" ve "Facebook" dünyada ən çox yüklənən ilk üç proqramdır. 2018-ci ildə dünya çapında 194 milyard dəfə yüklənilən mobil tətbiqlərə istifadəçilər 90 milyard avrodan çox pul xərcləyiblər. Ödənişli tətbiqlər və abunəliklər istehsalçılar üçün önəmli bir gəlir yerinə çevrilib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, mütəxəssislər artəq mobil proqramların iqtisadiyyatda və günlük həyatda böyük yer tutduğunu və bunun getdikcə artacağını bildirirlər. Bunu müxtəlik xidmətlər təklif edən və funksiyalı proqramların yaradılmasında da görmək mümkündür.

Məsələn, Dubay höküməti yaratdığı "Dubai Now" adlı bir tətbiq ilə istifadəçilərinə 22 dövlət qurumundan 50-dan sonra xidmət təklif edir. Dövlətin özəl olaraq qurduğu bu sistem sayəsində xidmətləri bir tətbiq ya da platforma üzərindən idarə etmək mümkün olur və maliyyəti ucuz başa gəlir.

Mobil tətbiq bazarındakı ən yeni proqramlardan biri də "Dubz". Bu mobil proqram isdifadəçilərinə ev və ya oteldən baqaj yoxlaması xidməti təklif edir. Rezervasiya etdirdiyiniz zaman xüsusi bir komanda ünvanınıza gəlir. Sənədlərinizi yoxlayır, yükünüzün çəkisini ölçüb etiketləyir və sizə lart verirlər. Daha sonra isə yükünüzü hava limanına aparırlar. "Dubz" şirkətinin qurucu ortaqlarından olan Omar Faraj bildirir ki, mobil tətbiqlərin iqtisadiyyat üzərində müsbət bir təsiri var:

"Mobil tətbiqlər iqtisadiyyata makro səviyyədə təsir edir. İş gücünü və verimliliyi artırdığını görürük. Texnologiya və proqramlar yeniliklərə sürətlə çatmağımıza yardım edir. Hal-hazırda müştərilərin evinə hava limanı xidməti çatdıra bilməyimiz daha öncə mümkün olmayan bir texnologiya sayəsində olur".

"CAFU" adlı tətbiq isə benzin çatdırılma xidməti təkıif edən bir proqramdır. Harada olursanız olun, ehtiyacınız olduğu an benzin çatdırılması mümkün olur. Telefona yüklədiyiniz tətbiqdə ünvanı və saatı göstərməyiniz kifayətdir.

Mütəxəssislərə görə, mobil proqramların yayılmadığı sahələr də vardır. Bunlardan biri neft və qaz sektorudur.

Göründüyü kimi, mobil proqramlar iş dünyası və gündəlik yaşam üçün əhəmiyyətli hala gəlmişdir. Dünyada təxminən 3 milyard smartfon istifadəçisi ilə tətbiqlərə xərclənən pulun 2019-cu ildə ən yüksək səviyyəyə çatması gözlənilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR