Slimfit
  1. MARAQLI

Mobil oyun 63kq arıqlamasına və dost tapmasına səbəb oldu

Mobil oyun 63kq arıqlamasına və dost tapmasına səbəb oldu
Sakura

Smartfon oyunu arıqlamağına səbəb oldu

Ens.az xəbər verir ki, smartfonlar üçün oyunlara olan ehtiras sağlamlıq üçün faydalı ola bilərmiş - bunu Londonda yaşayan bir gənc sakinin təcrübəsi sübut edir. Bir il əvvəl Tomi Monkauzun təxminən 160 kiloqram çəkisi olub, indi isə çox yaxşı fiziki vəziyyətdədir.

Hır şey onun Pokemon Go oyununa aludə olmasından sonra başlanıb. Oyunun tələbinə görə Tommi şəhərdə pokestop və meydança, həmçinin digər oyunçularla qarşılıqlı əlaqədə şəhər ətrafında uzun gəzintilərə çıxmalı olub.

Tommi ilk dəfə dostlarından birinin məsləhəti ilə oyun qurub və yarım saatdan çox olmayan bir gəzinti etmək niyyəti ilə bayıra çıxıb.

Ancaq yalnız üç saatdan sonra geri dönüb və başa düşüb ki, bu proses ona zövq verir. Özü üçün yeni hədəflər qoyaraq oyundan mükafat da qazanıb və bir neçə aydan sonra 63.4 kiloqram arıqlayıb.

Tommi indi Pokemon şəkillərini, həmçinin Pokemon Go sayəsində tapdığı yeni dostlarla fotolarını sosial şəbəkələrdəki hesablarına yükləyir.

İndi ona baxanda bir vaxtlar fotolarını yükləməyə utanan, evdə çətinliklə hərəkət edən, şəhərdə gəzməyi sevməyən və demək olar ki, heç kimlə ünsiyyətdə olmayan kök adam olduğunu təsəvvür etmək çətindir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR