Slimfit
  1. TEXNOLOGİYA

Mobil operatorlar vətəndaşlara güzəşt edəcəkmi? - Açıqlama

Mobil operatorlar vətəndaşlara güzəşt edəcəkmi? - Açıqlama
Sakura

Mobil operatorlar vətəndaşlara güzəşt edəcəkmi? - Açıqlama

Artıq bəzi şirkətlər və qurumlar xüsusi karantin rejimi ilə əlaqədar olaraq ölkədə başladılan "Evdə qal" kampaniyası çərçivəsində əhaliyə dəstək olmaq üçün müəyyən yardımlar və güzəştlər edirlər. Bu şirkətlər arasında mobil operatorların yer almaması isə əhali tərəfindən birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı Axar.az-ın sorğusuna cavab olaraq "Azercell"dən bildirilib ki, şirkət abunəçiləri üçün bəzi tətbiqlərə müəyyən endirimlər edib:

"Azercell" təqdim etdiyi "Busuu" - dil öyrənmə tətbiqində qoşulmaya 50% endirim, "Zvuk" musiqi tətbiqində isə mobil internet trafikindən pulsuz istifadə kampaniyaları təqdim edib. Abunəçilər həmin güzəştlərdən rahatlıqla yararlana bilərlər.

Əlavə olaraq "Azercell"in təqdim edəcəyi yeniliklərlə tanış olmaq üçün hər kəsi şirkətin sosial media səhifələrini izləməyə dəvət edirik".

"Bakcell"dən isə bildirilib ki, koronavirusla mübarizədə şirkət vətəndaşlara bir sıra yardımlar edib:

"Bakcell" şirkəti ölkəmizdə həyata keçirilən genişmiqyaslı tədbirlərə qoşularaq, öz abunəçi və əməkdaşları ilə yanaşı bütün Azərbaycan vətəndaşlarının sağlamlığına töhfə vermək məqsədilə müxtəlif yaş qruplarını əhatə edən 360 dərəcə kommunikasiya və tədbirlər planını icra edir. Belə ki, "Bakcell" Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1.5 milyon manat ianə edib. Bundan əlavə, "Bakcell" Azərbaycana süni tənəffüs aparatları, bədən hərarətini məsafədən ölçən xüsusi keçid-buraxılış avadanlıqları, eləcə də koronavirusa yoluxmanı yerindəcə müəyyən etməyə imkan verən 3000 ədəd ekspress-testin gətirilməsi üçün iri həcmdə vəsait ayırıb.

"Bakcell" əməkdaşları bu günlərdə karantin mərkəzlərində çalışan tibbi heyətə təşəkkürünü, karantində olan insanlara isə dəstəyini ifadə etmək üçün açıqca vasitəsilə mesajlar göndərir. Həmçinin, şirkət müəyyən karantin məntəqələrində çalışan tibb işçilərinə 100 AZN, karantində olan vətəndaşlarımıza isə 50 AZN məbləğində ödəmə kartları göndərib.

22 mart tarixindən etibarən "Bakcell" abunəçiləri öz telefonlarının ekranlarında “Evde qal” çağırışını görürlər. 1542 qaynar xətt nömrəsinə zənglər də bütün "Bakcell" abunəçiləri üçün pulsuzdur. Həmçinin, şirkət öz abunəçilərinə xüsusilə vacib olmadıqda, Müştəri Xidməti Mərkəzlərinə getmək əvəzinə “Mənim Bakcellim” tətbiqetməsindən istifadəni və ya 555 Əlaqə Mərkəzinə zəng etməyi tövsiyə edib.

Qeyd olunan tədbirlərlə yanaşı "Bakcell" şirkəti abunəçilərimiz və bütün ölkə vətəndaşlarımızın sağlamlığına töhfə verə biləcək digər mühüm layihələr üzərində işləyir və bu layihələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək".

Qeyd edək ki, sözügedən sorğumuzla əlaqədar "Nar"a etdiyimiz müraciət cavabsız qalıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR