Slimfit
  1. AZƏRBAYCAN

Mobil cihazların qeydiyyat rüsumundan işçilərə pul veriləcək

Mobil cihazların qeydiyyat rüsumundan işçilərə pul veriləcək
Sakura

Mobil cihazların qeydiyyat rüsumundan işçilərə pul veriləcək

Mobil cihazların qeydiyyatına görə ödənilən dövlət rüsumunun müəyyən hissəsi müvafiq dövlət orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldiləcək.

FED.az xəbər verir ki, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilməsi təklif olunur.

Yeni təkliflərə əsasən, mobil cihazların qeydiyyatına görə ödənilən dövlət rüsumunun 30 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın işçilərinin sosial müdafiəsini gücləndirmək, maddi təminatını yaxşılaşdırmaq, müəyyən icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın mobil cihazların qeydiyyatı sisteminin saxlanmasını təmin etmək üçün onun xəzinə hesabına köçürülür.

Vəsaitin qalan hissəsi isə dövlət büdcəsinə ödənilir. Vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilir.

Qeyd edək ki, “Dövlət rüsumu haqqında” qanuna əsasən, fiziki şəxs tərəfindən şəxsi istehlak üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu müəyyən edilib. Bu rüsumların məbləği mobil cihazların dəyərinə uyğun olaraq, Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR