Slimfit
  1. SİYASƏT

Mnatsakanyan Məmmədyarova bu izahatı verdimi?

Mnatsakanyan Məmmədyarova bu izahatı verdimi?
Sakura

Mnatsakanyan Məmmədyarova bu izahatı verdimi?

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında təşkil olunan görüşlərdə indiki şəraitdə hər hansı ümidverici nəticənin əldə olunacağını düşünmürəm.

Bu sözləri Axar.az-a politoloq Elçin Mirzəbəyli ABŞ-da Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə münasibət bildirərkən deyib. O qeyd edib ki, Ermənistan tərəfi danışıqlar prosesində maraqlı deyil:

“Ümumilikdə keçirilən görüşlərə nəzər salsaq, görərik ki, bu günə qədər danışıqlar prosesində heç bir müsbət nəticə əldə olunmayıb. Sadəcə, hər zaman ümumi fikirlər səslənib, bəyanatlar verilib”.

Politoloq bildirib ki, bu görüşdə Azərbaycan tərəfi Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyandan Paşinyanın “miatsum” bəyanatına açıqlama tələb etməli idi:

“Düşünürəm ki, bu görüşdə Paşinyanın verdiyi son bəyanatlar müzakirə olunmalı və Ermənistan xarici işlər naziri həmin bəyanatlara aydınlıq gətirməli idi. Amma görüş qapalı keçdiyi üçün mən deyə bilmərəm həmin bəyanatlara aydınlıq gətirilib, ya yox. Paşinyan bu sözləri qapalı şəkildə səsləndirməmişdi deyə, Ermənistan xarici işlər naziri bu bəyanatlara açıq şəkildə aydınlıq gətirməli idi. Azərbaycan Xarici İşlər Nazirliyi də, Minsk Qrupunun həmsədrləri də bu məsələyə açıqlama verməyi ondan tələb etməli idilər”.

 

E.Mirzəbəyli bildirib ki, Ermənistan tərəfi danışıqlar prosesini uzadaraq, öz məkrli siyasətini davam etdirir:

“Hazırkı şəraitdə danışıqlar prosesini pozan, torpaqlarımızı işğal altında saxlayan tərəf Ermənistandır. Buna görə də Ermənistana beynəlxalq səviyyədə sanksiyaların tətbiqi vacibdir. Bu sanksiyalar ortalıqda olmadığı üçün Paşinyan hakimiyyəti danışıqlar prosesini pozaraq, öz işğalçı siyasətini davam etdirir. Çünki onlar dəfələrlə danışıqlar prosesini pozsa da, heç bir sərt reaksiya verilməyib”.

Qeyd edək ki, bu gün ABŞ-da Azərbaycan və Ermənistan XİN başçılarının görüşü baş tutub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR