Dərc edildi: Baxış sayı: 309
MN: “Hərbi qulluqçu silahla davranış qaydalarının pozulması nəticəsində vəfat edib”
Azərbaycan Ordusunun hərbi qulluqçusu Rüfət Xanəhməd oğlu Ağayevin silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində açılan atəşdən vəfat etməsi ilə bağlı faktı təsdiq edirik.
Ens.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət