Dərc edildi: Baxış sayı: 506
MN: Azərbaycan və Ermənistan Müdafiə nazirlikləri arasında heç bir əlaqə mövcud deyil
"Azərbaycan Müdafiə Nazirliyi ilə Ermənistan Müdafiə Nazirliyi arasında rabitə və ya heç bir digər əlaqə mövcud deyil".
Bunu "Report"un sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildiriblər.
Nazirlikdən qeyd olunub ki, Düşənbədəki danışıqlara əsasən cəbhədəki vəziyyətlə bağlı Ermənistanla qarşılıqlı əlaqəni yaradan şəxs müəyyən edilib: "Amma bu məsul şəxs Müdafiə Nazirliyinin əməkdaşı deyil".
Xatırladaq ki, Ermənistan müdafiə naziri vəzifəsini icra edən David Tonayan noyabrın 6-da bildirib ki, Azərbaycanla Ermənistanın Müdafiə nazirlikləri arasında əlaqə yaradılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət