Dərc edildi: Baxış sayı: 398
MM un və çörəklə bağlı tətbiq olunan vergi güzəştlərinin müddətinin artırılmasını nəzərdə tutan layihəni…
Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunub.
“Report” xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 1 il vergidən azad olunacaq. Yəni, vergidən azadetmə 2020-ci ili də əhatə edəcək.
Məcəllənin 164-cü (Vergi ödəməkdən azad edilmə) maddəsinə də "kəpəyin istehsalı və satışı - 2019-cu il martın 1-dən 2 il müddətinə" sözləri əlavə olunub.
Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət