Slimfit
  1. SİYASƏT

MM Sədri: "Paşinyanın açıqlamaları dünya birliyinin səylərini puç edir”

MM Sədri: "Paşinyanın açıqlamaları dünya birliyinin səylərini puç edir”
Sakura

MM Sədri: "Paşinyanın açıqlamaları dünya birliyinin səylərini puç edir”

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgənin istənilən inkişafına ciddi maneələr yaratmağa davam edir. Azərbaycan münaqişənin sülh yolu ilə siyasi həllinə sadiqdir”.

Ens.az xəbər verir ki, “Report” xəbər verir ki, bunu illi Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.

Onun sözlərinə görə, münaqişənin həlli BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Helsinki Yekun Aktı əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır.

“Bütövlükdə, ATƏT-in Minsk Qrupunun nəticəsiz fəaliyyəti fonunda bu qrupun həmsədri olan Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində fəal iştirak edir. Rusiya tərəfi bu sahədə çox səy göstərib Bununla birlikdə, son vaxtlar Ermənistanın Baş naziri Nikol Paşinyanın münaqişənin həlli üçün kompromis variantının yalnız Azərbaycanın Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnu tanıması şərtilə müzakirə edilə biləcəyi barədə “yeddi şərt” deyilən absurd açıqlamaları, münaqişənin sülh yolu ilə həll üçün dünya birliyinin bütün səylərini puç edir” , - spiker bildirib.

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR