Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün bir qrup şəhid hərbi qulluqçusunun ailə üzvlərinin…
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün bir qrup şəhid hərbi qulluqçusunun ailə üzvlərinin Mili Məclisin qarşısında etiraz etməsinə münasibət bildirib.
Nazirliyin mətbuat katibi Fazil Talıbov bildirib ki, bu gün Milli Məclisin qarşısında illər öncə birdəfəlik sığorta ödənişini almadığını iddia edən bir qrup şəhid hərbi qulluqçularımızın ailə üzvləri etiraz ediblər: "Narazı vətəndaşlarımızın şikayətləri nazirlikdə də araşdırılıb. Bir neçə saata araşdırmanın nəticələrini sübutlarla geniş ictimaiyyətə çatdıracağıq".
Qeyd edək ki, bu gün bir qrup şəhid hərbi qulluqçusunun ailə üzvləri Milli Məclisə gedib. Həmçinin Milli Məclisin bugünkü plenar iclasında bir neçə deputat müavinət ala bilməyən şəhid ailələrinin məsələsini qaldırıb.
Xatırladaq ki, dövlət başçısının "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə qeyd edilən kateqoriyaya aid olan hər bir şəhid ailəsinin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçiriləcək.
Mənbə: Faktxəbər.com
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət