Slimfit
  1. SİYASƏT

MM-də boş qalan yerlərə seçkilər keçiriləcəkmi? – Rəsmi

MM-də boş qalan yerlərə seçkilər keçiriləcəkmi? – Rəsmi
Sakura

MM-də boş qalan yerlərə seçkilər keçiriləcəkmi? – Rəsmi

Hazırda Milli Məclisdə (MM) 125 əvəzinə 118 deputat fəaliyyət göstərir.

Axar.az xəbər verir ki, hazırda parlamentdə ümumilikdə 7 deputatın yeri boş qalıb.

Belə ki, ölkənin birinci xanımı Mehriban Əliyevanın 2017-ci ildə Birinci vitse-prezident təyin edilməsi ilə bağlı onun səlahiyyətlərinə xitam verilib və həmin vaxtdan 14 saylı Xəzər seçki dairəsində deputat yeri boşdur.

Deputat Astan Şahverdiyevin 2018-ci ilin aprelində qəfil ürəktutmasından vəfat etməsi nəticəsində 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində də deputat yeri boşalıb.

2018-ci il aprelində Prezident İlham Əliyevin sərəncamları ilə 34 saylı Xətai ikinci seçki dairəsindən deputat seçilmiş Fuad Muradov Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin deputatı Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, 91 saylı Ucar seçki dairəsinin deputatı Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi, 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin deputatı Muxtar Babayev isə Ekologiya və Təbii Sərvətlər naziri təyin edilib.

Bu il sentyabrın 30-da isə adı borc qalmaqalında hallanan və borca görə deputat vəsiqəsini girov qoyan Rafael Cəbrayılov deputat mandatından imtina edib.

Bəs görəsən Milli Məclisdə boş qalmış yerlərə erkən seçkilər keçirilə bilərmi?

Məsələ ilə bağlı Axar.az-a danışan Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov bunun mümkün olmadığını bildirib:

“Seçki Məcəlləsinə əsasən, eyni dövr ərzində iki seçki prosesi həyata keçirilə bilməz (Hazırda bələdiyyə seçkilərinə hazırlıq gedir – red.). Yəni bu il ərzində boş qalan yerlərə seçkilərin keçirilməsi mümkün deyil. Növbəti il isə artıq parlament seçkilərinin vaxtıdır”.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinə növbəti seçkilər 2020-ci ilin noyabrında keçiriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR