Slimfit
  1. DÜNYA

`MKİ` və `Mİ6`nın əməkdaşları və bazaları ifşa oldu

`MKİ` və `Mİ6`nın əməkdaşları və bazaları ifşa oldu
Sakura

`MKİ` və `Mİ6`nın əməkdaşları və bazaları ifşa oldu

Dünyada istifadə olunan məşhur "Polar" fitness proqramı xüsusi xidmət orqanlarını çətin vəziyyətdə qoyub. FaktXəbər bildirir ki, Fonlandiyanın mobil proqramı hərbi personal, kəşfiyyat işçiləri və nüvə silahlarının saxlandığı yerlərdə işləyən insanların yerlərini ifşa edib.

"De Correspondent" və "Bellingcat"ın ortaq araşdırması zamanı məlum olub ki, "Polar"dan istifadə edən bütün şəxslərin adları və ünvanlarını müəyyənləşdirmək mümkündür. Məlumatları ifşa olunanlar arasında minlərlə əsgər və kəşfiyyat əməkdaşı var. Yalnız profilini gizli saxlayanlar bundan sığortana biliblər.
 
Qeyd edək ki, "Explore" (kəşf et) adlı mobil proqramın xəritəsi minlərlə istifadəçinin ev ünvanını ortaya qoyub. Ümumilikdə 69 ölkədən 6 min 460 nəfərin ünvanı və hərbi baza kimi istifadə olunan məkanlar üzə çıxıb. ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (MTA), Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Böyük Britaniyanın "Mİ6" kimi kəşfiyyat orqanlarının əməkdaşlarının ad və soyadları, eyni zamanda istifadə etdikləri mənzillər də ifşa olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR