Dərc edildi: Baxış sayı: 828
Mixail Lermontov - Oxuya bilmədim
Çıxıram yollara yenə tək-tənha,
Duman yollar boyu dolaşır yenə.
Gecə lal, Allaha yalvarır səhra,
Ulduz-ulduz ilə danışır yenə.
Göylərdə cazibə, vüqar, əzəmət,
Mavi bir duvağa bürünüb aləm.
Niyə ürəyimi üzür qəm, həsrət,
Mən kimə yanıram, nə gözləyirəm.
Heç nə gözləmirəm həyatdan əfsus,
Keçmiş əzabları atmaq istəyirəm.
Azadlıq, rahatlıq gəzirəm yalnız,
Unudub hər şeyi yatmaq istərəm.
Məzar yuxusuna göylərim ancaq,
İstərəm əbədi elə yatım ki…
Həyat mürgü vursun sinəmdə hər vaxt,
Ürəyim döyünsün dirilər təki.
Məhəbbət köksündə dinsin nəğmə tək,
Min illər gəlsə də, yaşımın üstə.
Yaşıl, qoca palıd vəcdə gələrək,
Elə hey səslənsin başımın üstə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət