Dərc edildi: Baxış sayı: 447
Mitinqlərdə buna reaksiya verməliyik, yoxsa... yanacaq
Mitinqlərin bütün iştirakçıları gərək ictimai aksiyaların keçirilməsi qaydalarına əməl etsinlər, əks halda situasiya küçə iğtişaşlarına çevrilə bilər.
Axar.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Prezidenti Vladimir Putin deyib.
“Qanun var və ona əməl edilməlidir. Əks təqdirdə ölkədə tam balansın itirildiyi situasiyaya gedib çıxarıq. Biz küçələrdə maşınların yandırılmasını istəyirikmi? Mitinqlərdə pozuntulara reaksiya vermək lazımdır, əks təqdirdə o, yanğınlara və talanlara gətirib çıxara bilər. Əgər reaksiya verilməsə, yandıracaqlar, vitrinləri sındıracaqlar və bundan konkret insanlar əziyyət çəkəcək”, – deyə o razılaşdırılmamış mitinqlər barədə danışarkən bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət