Slimfit
  1. TƏBİƏT

Missisipi çayı

Missisipi çayı
Sakura

Missisipi çayı

Missisipi (Ojibve hindu qəbiləsinin dilində misi-ziibi ("Nəhəng çay") və ya gichi-ziibi ("Böyük çay")) — ABŞ-da çay, dünyanın ən böyük çaylarından biri. Uzunluğu 3 734 km. Mənbəyini İtaska gölündən götürür və Meksika körfəzinə tökülür.

Missisipi, Missuri və Ceferson çayları tərəfindən əmələ gətirilən Missuri-Missisipi çay sistemi Şimali Amerikada ən böyük və uzunluğuna görə (6 300 km) dünyada dördüncü çay sistemidir. Su sərfinə görə (16 200 m³/san) dünyada onuncu yeri tutur.

 

Coğrafiyası

Missisipi yazda, yağışların bol olduğu bir vaxtda daşır. Bu zaman onun sularının yuduğu ərazinin böyüklüyünə görə aborigenlər tərəfindən "Suların atası" adlandırılır. Çayın 250 qolundan 45-ni nəqliyyat yolu kimi istifadə edirlər. Dünyanın ən uzun çay körpüsü "Old Chain of Rocks" da məhz bu çayın üzərində yerləşir. Çay üzərində ilk körpü Minneapolis 1855-ci ildə inşa edilib. Sonradan onun üzərindən bir çox keçidlər salınıb. Yaz aylarında Missipinin mənzərəsi daha da heyranedici olur. Körpülər isə əsl romantik məkanlar hesab edilir.

Çay öz mənbəyini Missuri ştatından, Sent-Luis şəhəri yaxınlığında yerləşən İtaska gölündən götürür. Onun sahilində 42 düşərgə salınıb. Bunlardan bəziləri elektrik stansiyası, bəziləri isə istirahət məkanı kimi istifadə olunur. Kommersiya məqsədilə yaradılan düşərgələr də vardır. Bunların əksəriyyəti mərkəzindən keçdiyi şəhərlərdə yerləşir. Bəzi ştatlar öz turizm reklamında çayın gözəlliyini xüsusi göz önünə çəkirlər.

Çayın ən enli yeri Unnibiqoşiş gölünün yaxınlığındadır. Bu yer Qrand-Rapidsdən elə də uzaq deyil. Çayın qolları da bir çox kiçik göllərin qida mənbəyidir. Bu göllərə Onalaska, Pepin və başqalarını göstərmək olar.

 

Tarixi

Çay ilk dəfə 1541-ci ildə ispan səyyah Ernando de Soto tərəfindən coğrafi kəşf kimi dəyərləndirilib. Missisipi boyunca üzən ilk avropalı isə Rober de la Saldır. O, ömrünün iki ilini, 1681-1682-ci illəri çayın tədqiqinə həsr edib. 1518-1519-cu illər ərzində bir çox səyyahlar öz qeydlərində Missisipidən danışıblar. XVII əsrdən etibarən çay fransız səyyahlarının əsas nəqliyyat yolu olub. 1682-ci ildə Fransa kralı 14-cü Luinin şərəfinə Luiziana adlandırılıb. 1718-ci ildə onun 160 kilometrlik hissəsinə Nyu-Orlean adı verilib. 1763-cü ildə bağlanan Paris müqaviləsinə görə onun cənubu Böyük Britaniyanın, şimalı isə İspaniyanın nəzarətinə keçib. 1800-cü ildə Fransa hökuməti çayın ABŞ idarəçiliyinə keçməsinə razılıq verib. Qarşı tərəf buna əsas kimi Missisipinin onun inzibati ərazi tərkibində olmasını göstərib. Beləcə, 1812-ci ildən çay öz doğma adıyla adlandırılıb və rəsmi olaraq ABŞ-ın xəritəsinə salınıb. Mark Tvenin "Missisipidə" adlı əsərində onun o dövr üçün sənaye əhəmiyyətindən xəbər verilir.

 

Çayın qolları

Onun ən gursulu qolu Ohayodur. Lakin, Şimali Amerika materikinin əsas şay sistemini Ceferson, Missuri və Missisipi təşkil edir. İki böyük qoldan biri başlanğıcını Missipinin özündən götürsə də, ikincisi, yəni Missuri Arkanzas ştatından mənbələnir. Cefersona qədər çayın uzunluğu 6 min 300 kilometr hesablanıb. Missisipi 10 ştatın ərazisindən keçir. Və hər biri üçün geniş əhəmiyyətə malikdir. Elə yerlər var ki, ştatların sərhəddi məhz bu çayla müəyyənləşir. Çay Yuxarı və Aşağı hissələrə ayrılır. Ohayoya qədər olan hissə Yuxarı, ordan sonrakı isə Aşağı Missisipi adlanır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR