Dərc edildi: Baxış sayı: 583
Miskin Abdal - Narın üzə bilmərəm
Ey dost, sənin bağın cənnət, narın üzə bilmərəm,
Ha silkinsəm, dəryan dərin, narın üzə bilmərəm.
“Qırxlar piri” özü düzüb ayağıma atəşi,
Alışaram Səməndər tək, narın üzə bilmərəm.
Dərviş gərək bu meydanda qurban olsun baş-başa
Mürşüdümnən üzüm dönməz, dünya gəlsə baş-başa,
Ayaq olan uzaq olsun, yetsin gərək baş-başa,
Fələk nə vaxt sökər üzüm, narın üzə bilmərəm.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət