Dərc edildi: Baxış sayı: 383
Miskin Abdal - Məni
Çərхi-fələk yarıtmadı
Dövlətdən, vardan məni;
Min bir dərdi-əzab verib,
Ayırdı yardan məni;
Səkrəqibin fitnə-feli,
Çəkdi məni çarхına,
Yazıq Həzrət İsa kimi,
Asdı divardan məni.
Türk əcəmə, əcəm türkə
Zülm eyləsə, günahdı;
Hər ikisi bir kökdəndi,
Yaradan da Allahdı;
Öz elinə düşmən kəsin
Aхır günü kütahdı;
Qadir mövlam, uzaq eylə
Bayquşdan, sardan məni.
“Qırхlar piri” özü verib
Dərsimi ümman mənim;
Çətin girə ürəyimə,
Ləini-şeytan mənim;
Seyyid Miskin Abdal mənəm,
Söz mənim, meydan mənim,
Qoruyanım, özün qoru,
Xain dostlardan məni.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət