Dərc edildi: Baxış sayı: 688
Miskin Abdal - El ata
Yaz olanda büsatıdı dağların,
Ətəyində yer eliyər elata.
Qarı düşmən qovğa salsa üstünə,
Bata bilməz süvar olsa el ata.
Bir Allahdı ərşü-gürşü yaradan,
Adı çoxdur, bir adı da Yaradan,
Nə yaratsan Yaradanı yarat, an,
Qorx ki, sana qara daşı el ata.
Miskin Abdal, şeytan anma, nər div an,
Müxənnəsə tutacaqdı nə divan,
Haqqa doğru sən qoyubsan nərdivan,
Ona görə deyir sənə el: “Ata”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət