Dərc edildi: Baxış sayı: 622
Misirdə qəribə mumiyalar tapıldı
Polşalı arxeoloqlar Qahirə yaxınlığındakı Sakkara nekropolu ərazisində onlarla mumiya aşkarlayıblar.
“Science in Poland” xəbər verir ki, tapıntı Coser ehramının ətrafında qazıntılar zamanı üzə çıxıb.
Alimlərin sözlərinə görə, mumiyaların yaşı təqribən iki min ilə çatır. Onların çoxu qumda qazılmış çuxurlarda basdırılıb və mumiyalamanın yalnız əsas mərhələlərini keçib.
Mumiyaların ayaqları qədim Misir tanrısı Anubisin təsvirinin olduğu bəzəklə örtülüb. Anubis tamamilə qeyri-adi göy rəngdədir. Hərçənd onu qara rəngdə təsvir edirdilər. Alimlər bunu onunla izah edirlər ki, inanclara əsasən, tanrıların saçları göy rəngli qiymətli daşdan hazırlanırdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət