Slimfit
  1. DÜNYA

Misir Ukraynaya siliah verməkdən imtina edib

Misir Ukraynaya siliah verməkdən imtina edib
Sakura

Misir Ukraynaya siliah verməkdən imtina edib

Misir Ukraynaya siliah verməkdən imtina edib

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bir neçə aydır ki, ABŞ hakimiyyəti Misirdən Ukraynaya silah tədarük etməyə çalışır, lakin Qahirə təzyiqlərə boyun əymir.

Məlumata görə, əvvəlcə ABŞ-nin müdafiə naziri Lloyd Ostin mart ayında Ukraynaya artilleriya mərmiləri, tank əleyhinə raketlər, hava hücumundan müdafiə sistemləri və digər silahların təhvil verilməsi xahişi ilə Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə müraciət edib. Daha sonra şəxsi söhbətlərdə Misir hökuməti Ukrayna Silahlı Qüvvələrinə silah tədarük etməyi planlaşdırmadıqlarına aydınlıq gətirib.

İki ölkənin nümayəndələri bu məsələ ilə bağlı danışıqların aparılması ilə bağlı dərc edilən məlumatı təsdiqləməyiblər.

Qeyd edək ki, iyulun sonunda Rusiya Prezidenti Vladimir Putin Rusiya-Afrika sammitinin plenar iclasında ölkəsilə Misir arasında münasibətlərin strateji xarakter daşıdığını bildirib. O, siyasətdə və iqtisadiyyatda böyük ortaq layihələri xatırladıb.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR