Misir piramidalarının ilk araşdırmaçıları — Onlar nə axtarırdılar?
Bu barədə məlumatı “Ölkə.Az”a tarixçi-alim Əkbər Nəcəf verib.
Xilafət dövründə Misirdə dəfinə axtaranlara mutalib adı verilirdi. Misir piramidalarında ilk köklü araşdırma Xəlifə Məmun dövründə aparılıb. Əsasən Sfinks ətrafında aparılan bu araşdırmalarda məqsəd qızıl əldə etmək idi. Xəlifə Məmundan sonra Misirdə Tulunilər, İxşidilər, Fatımilər və Məmlüklər dövründə çox sayda məzar açılmış və sərvətinə dövlət adına əl qoyulmuşdu.
Bir sərdabədən çıxan sərvətin miqdarını öyrənmək üçün belə bir misal vermək kifayətdir. 1922-ci ildə Firon Tutanhamonun məzarından çıxan sərvət Misir Mərkəzi Bankında saxlanan qızıl rezevlərindən iki dəfə çox idi.
Firon qəbirlərinin ən çox talan edildiyi dövr isə XIX əsrdir. Bu dövrdə Avropa dövlətləri xüsusi cəsuslarını bölgəyə göndərib dəfinə axtarmışdılar. Külli miqdarda qızıl məhz bu dövrdə yağmalanmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət