Slimfit
  1. SİYASƏT

Misir nəşri Azərbaycan milli mətbuatının 145 illiyinə həsr olunan məqalə yayıb

Misir nəşri Azərbaycan milli mətbuatının 145 illiyinə həsr olunan məqalə yayıb
Sakura

Misir nəşri Azərbaycan milli mətbuatının 145 illiyinə həsr olunan məqalə yayıb

Ens.az xəbər verir ki, Misirin diplomatik “Aldiplomasy” nəşri AZƏRTAC-ın xüsusi müxbirinin Azərbaycan milli mətbuatının 145 illiyinə həsr olunan məqaləsini yayıb.

Məqalədə qeyd olunur ki, 145 il əvvəl - 1875-ci il iyulun 22-də XIX əsrin görkəmli maarifçisi Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin nəşrinə başlayıb və bununla da milli mətbuatın əsası qoyulub. Misirli oxuculara mətbuatımızın tarixi, keçdiyi şərəfli yol barədə ətraflı məlumat verilib. Vurğulanıb ki, Azərbaycan mətbuatı həmin dövrdən ədalətsizliyə, cəhalətə qarşı mübarizə apararaq insanları maarifləndirməyə çalışıb.

Məqalədə Azərbaycan Xalq Cümhuriyyəti dövründə azad mətbuat formalaşması, sonra 70 il davam edən sovet hakimiyyəti illərində isə Azərbaycan jurnalistikasının keçdiyi çətin və şərəfli yoldan bəhs edilib. Bildirilib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuatın da inkişafında yeni mərhələ başlayıb, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə senzura aradan qaldırılıb, mətbuata dövlət qayğısı göstərilib. Belə ki, bu gün Azərbaycan mediası tam azaddır və jurnalistlər demokratiya şəraitində ölkəmizdəki quruculuq işlərini, eyni zamanda, problemləri sərbəst şəkildə işıqlandırırlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR