Dərc edildi: Baxış sayı: 640
Misir Londonda hərraca çıxarılan Tutanxamonun büstünü geri tələb edə bilər
Misir hakimiyyəti 4 iyulda Londonda “Christie's” hərrac evində satişa çıxarılacaq Tutanxamonun daşdan hazırlanan büstünü geri tələb edə bilər.
3 min yaşı olan büst Tutanxamonun timsalında günəş Allahı “Amon”un təsvirini əks etdirir.
“Financial Times” qəzetinin məlumatlarına əsasən büstün qiyməti 4 milyon funtsterlinq dəyərindədir. Hesab olunurdu ki, büst Misirin Luksor şəhərində, kilsədə yerləşirdi. Hazırda artefakt şəxsi kolleksiyadadır. Çox güman ki, büst kilsədən oğurlanmışdır.
Arxeoloqların fikrincə Misirin, fironun büstünü geri qaytarmaq üçün "etnik haqqı" var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət