Slimfit
  1. DÜNYA

Misir Ərəb Respublikası

Misir Ərəb Respublikası
Sakura

Misir Ərəb Respublikası — Afrikanın şimal-şərqində və Sinay yarımadasında yerləşən ölkə

Misir (ərəb. مصر  Misr/Masr‎‎), rəsmi adı Misir Ərəb Respublikası(ərəb. Cumhûriyet Masr'al Ərabiye‎‎) — Afrikanın şimal-şərqində və Sinay yarımadasında yerləşən ölkə. Paytaxtı Qahirəşəhəridir. Ölkənin əsas yaşayış məntəqələri Nilçayı boyunca yerləşir. Misir Aralıq dənizi sahilində yerləşir. Ölkənin şimal sahili Aralıq dəniziilə, şimal-şərqdən Qəzza zolağı və İsrail, şərqdən Qırmızı dəniz, cənubdan Sudan, qərbdən isə Liviyadövləti ilə əhatə olunub.

Misir dünyanın ən qədim dövlətlərindən biri hesab olunur. Bu dövlətin tarixi e.ə. 10-cu minilliyə qədər gedib çıxır. Xristianlığın ilk mərkəzlərindən biri hesab olunur. Misirin islamlaşması isə 7-ci əsrdə ərəblərin bura yürüş etməsi ilə bağlıdır.

92 milyon nəfər əhalisi ilə Şimali Afrika və Ərəb dünyasında 1-ci, Afrika materikində 3-cü (Nigeriyavə Efiopiyadan sonra), dünya ölkələri arasında isə 15-ci yerdədir. Əhalinin əksər hissəsi 40,000 kv.km sahəni əhatə edən, yeganə əkin-biçin işləri üçün əlverişli olan Nil çayı boyunca yerləşir. Misir ərazisinin böyük hissəsini Sahara səhrası tutur ki, burda da demək olar ki, əhali yaşamır. Əhalinin təqribən yarısı şəhərlərdə yaşayır. Əhalinin çox hissəsi Qahirə, İsgəndəriyyə və Nil deltasında yerləşir.

Misir hazırda Şimali Afrika, Yaxın Şərq və Müsəlman dünyasında əsas güclərdən hesab olunur. Misir BMT, Qoşulmama hərəkatı, Ərəb Dövlətləri Liqası və İƏT kimi böyük təşkilatların üzvüdür.

 

Misir dövləti

Müasir tarixi

Birinci dünya müharibəsindən sonra İngiltərənin protektoratlığı olan Misirdə milli-azadlıq hərəkatı yeni mərhələyə qədəm qoydu. İstiqlaliyyət uğrunda mübarizəyə rəhbərlik etmək üçün burjua ictimai xadimlərindən bir qrupu başda Səəd Zəqlul olmaqla 1918-ci ilin sonlarında Misir Nümayəndələri partiyasını (Vəfdi Misri) yaratdılar. Bu öz nəticəsini tezliklə göstərdi. 1919-cu ilin mart-aprel aylarında və 1921-ci ilin sonlarında Misirin müxtəlif sosial təbəqələrini və ərazisinin böyük bir hissəsini əhatə edən güclü üsyanlar baş verdi. Bu üsyanlar amansızlıqla yatırılsa da, müstəmləkəçilərə onlara hakimiyyətinin dayaqsız və etibarsız olduğu nümyiş etdirildi. Nəticədə Böyük Britaniya 1922-ci il 28 fevralda ölkədə öz qoşunlarını və komissarını saxlamaq şərtilə Misirin istiqlaliyyətini tanımağa məcbur oldu. 1923-cü ildə Misir başda kral Fuad olmaqla konstitusiyalı monarxiya elan edildi. Ölkə parlamentinə seçkilər keçirildi. Kralın və parlamentin qarşısında məsuliyyət daşıyan nazirlər kabineti yaradıldı. "Vəfd Misri" partiyasının lideri Səəd Zəqlul baş nazir təyin olundu. Nazirlər kabinetinin və gənc Misir burjuaziyasının təzyiqi nəticəsində İngiltərə mühüm iqtisadi güzəştlərə getməyə, ölkə sənayesini və ticarətini xarici rəqabətdən müdafiə etməyə yönəldilmiş yeni gömrük tarifi həyata keçirməyə məcbur oldu.

1924-cü ildə Sudan kondomimu üstündə İngiltərə ilə Misir arasında münaqişə baş verdi. "Vəqf Misri" Sudanda müstəmləkə əleyhinə hərəkatı müdafiə etdiyi üçün ingilislər zorakı vasitələrlə vəfdçi hökümətin istefaya getməsinə nail oldular. 1929-1933-cü illərin dünya iqtisadi böhranı Misir iqtisadiyyatına, ilk növbədə pambıqçılığa böyük zərbə vurdu. Aqrar böhranın sənayeyə keçməsi nəticəsində bir çox xırda və orta müəssisələr işi dayandırdılar. İşsizlik geniş miqyas aldı, fəhlələrin real əməkhaqqı kəskin şəkildə aşağı düşdü. Misirdə istismarın güclənməsi və həyat səviyyəsinin aşağı düşməsi ilə əlaqədar azadlıq mübarizəsinin yeni dalğası başlandı. Azadlıq mübarizəsinin zirvəsini 1930-cu ilin iyul hadisələri təşkil etmişdi. Mənsur, Qahirə, İsgəndəriyyəvə Port-Səid şəhərlərində inadlı döyüşlər başlandı. Süveyş şəhəri isə üsyançılar tərəfindən tutuldu. Müstəmləkəçilər və daxili irtica silahlı mübarizəni yatırmağa nail oldular. Lakin şəhərlərdə tətillər və kəndlilərin kortəbii çıxışları bütün 30-cu illər boyu davam etmişdi. Nəticədə Böyük Britaniya 1936-cı ilin avqustunda Misirlə yeni müqavilə imzalamağa məcbur oldu.

Bu müqaviləyə əsasən İngiltərə ali komissarı səfirlə əvəz olundu və formal olaraq ingilis işğalına son qoyuldu. Bu güzəştlər zahiri səciyyə daşıyırdı. Əslində bu müqaviləyə görə Süveyş kanalı zonası, Qahirə və İsgəndəriyyə şəhərləri İngiltərə qoşunlarının yerləşdiyi ərazi kimi təsdiq olunur, Böyük Britaniya Hərbi Hava Qüvvələrinin Misirin təyyarə limanlarından istifadə etməsi və onun ərazisi üzərindən uçmaq hüququ saxlanılır və və Misir ordusu üzərində ingilis hərbi nümayəndələrinin nəzarəti qoyulurdu. Müharibə baş verərdisə, yaxud müharibə təhlükəsi yaranardısa, ingilislər Misirdən bir döyüş meydanı kimi istifadə edə bilərdiilər. Beləliklə, 1936-cı il müqaviləsi dəyişilmiş şəkildə olsa da, İngiltərənin Misir üzərində ağalığını möhkəmləndirirdi.

Misir İkinci dünya müharibəsindən sonrakı illərdə də rəsmən müstəqil dövlət hesab olunsa da, faktiki olaraq Böyük Britaniyadan asılı vəziyyətdə qalmaqda idi. O, Britaniyanın toxuculuq sənayesi üçün "pambıq plantasiyası" rolunu oynayırdı. Həm də Britaniya Süveyş kanalından və onun zonasında yerləşdirilmiş hərbi bazalardan Misir və digər ərəb ölkələri üzərində ağalıq üçün istifadə edirdi. Misir xalqı ingilis müstəmləkə əsasrəti ilə barışmaq istəmir, ingilis qoşunlarının Süveyş kanalı zonasından çıxarılması və ölkənin həqiqi müstəqilliyinin bərpa edilməsi uğrunda qətiyyətli mübarizə aparırdı. 1952-ci il iyulun 22-dən 23-nə keçən gecə Qahirə qarnizonu hissələrinin üsyanları başlandı. Üsyana Camal Əbdül Nasirin liderlik etdiyi Azad zabitlər təşkilatırəhbərlik edirdi. Üsyan nəticəsində kral Faruq hakimiyyətdən əl çəkməyə və ölkəni tərk etməyə məcbur oldu.

1953-cü ildə Misir respublika elan edildi. Camal Əbdül Nasir onun ikinci prezidenti oldu. O, qətiyyətli millətçi idi və Misirin tam müstəqilliyinə çalışırdı. İyul inqilabı Misirin taleyində mühüm rol oynadı. Ölkənin siyasi cəhətdən asılılığının ləğvinə, Süveyş kanalı zonasından ingilis qoşunlarının çıxarılmasına kömək etdi. Misir höküməti 1956-cı ildə Süveyş kanalı şirkətini milliləşdirdi. Bu, Yaxın Şərqdə Avropanın iri dövlətlərinin mövqeyinə ciddi zərbə demək idi. Misirin bu qanuni hərəkətinə cavab olaraq 1956-cı il 30 oktyabrda Böyük Britaniya, Fransavə İsrail ona qarşı müharibəyə başladılar. Lakin üçlərin təcavüzü müvəffəqiyyətsizliyə uğradı. SSRİ-nin təzyiqi nəticəsində müdaxiləçilər Misir ərazisini tərk etməyə məcbur oldular. 1958-ci ilin fevralında Misir və Suriya Birləşmiş Ərəb Respublikası adlanan bir dövlətdə birləşdilər. Lakin bu birləşmə müvəqqəti oldu.

1961-ci ilin sentyabrında Suriyada dövlət çevrilişi baş verdi. SuriyaBirləşmiş Ərəb Respublikasından çıxdı. Lakin 1972-ci ilə qədər Misir belə adlanmağa davam etdi. 50-60-cı illərdə Misirdə sosial-iqtisadi dəyişikliklər həyata keçirildi: iri sənaye, banklar, nəqliyyat milliləşdirildi, iqtisadiyyatın dövlət bölməsi yaradıldı, torpaq üzərində mülkədarların mülkiyyətini məhdudlaşdıran aqrar islahatlar həyata keçirildi. Lakin aqrarməsələnin həlli başa çatdırılmadı. İri şəhər burjuaziyasının bir hissəsi öz mövqeyini qoruyub saxladı. 1971-ci ildə ölkənin yeni konstitusiyası qəbul olundu. Konstitusiyaya uyğun olaraq 1972-ci ildən etibarən ölkə Misir Ərəb Respublikası adlanmağa başladı. 6 günlük müharibə Misirə böyük ziyan vurdu. Ölkənin gəlirlərinin başlıca mənbəyi olan Süveyş kanalının fəaliyyəti dayandı.

Dövlət bölməsi iqtisadiyyatda səmərəsiz rol oynayırdı. Şişmiş bürokratiya büdcə gəlirlərinin çox hissəsini udurdu. Nasirin vəfatından sonra (1970) prezident olmuş Ənvər Sadat yaranmış vəziyyətdən çıxış yolu tapmağa çalışaraq liberal siyasət yürütməyə başladı. Bu siyasət xarici inhisarların Misir iqtisadiyyatına geniş nüfuz etməsinə səbəb oldu. Misir Yaxın Şərqdə separatçılıq siyasəti yeritməyə başladı. Kemp-Devid sazişi (1978) Misirin ərəb dünyasında təcrid olunmasına gətirib çıxartdı. Nəticədə onun ərəb dövlətləri cəmiyyətinə üzv olması dayandırıldı. Misir ərəb dövlətlərinin çoxu tərəfindən siyasi və iqtisadi boykota məruz qaldı. Ölkə daxilinda Sadatın siyasətindən narazılıq Misir prezidentinə sui-qasd edilməsi ilə nəticələndi. 1981-ci ilin oktyabrında hərbi parad zamanı o ölümcül yaralandı.

O vaxta qədər vitse-prezident vəzifəsini tutan Hüsnü Mübarək ölkənin prezidenti oldu. H.Mübarək höküməti milli iqtisadiyyatın möhkəmləndirilməsinə və dövlət bölməsinin inkişafına böyük diqqət yetirərək tarazlaşdırılmış siyasət aparmağa başladı. Ölkədə xüsusi bölməni və xarici investisiya qoyuluşunu stimullaşdıran bir sıra qanunlar qəbul olundu. Daxili təhlükəsizliyi və sabitliyi təmin etmək səyi Mübarəkin siyasətində mühüm yer tuturdu. Ekstremist müsəlman təşkilatların fəaliyyəti üzerində nəzarət qoyuldu. Dövlətin dünyəvi xarakteri gücləndirildi. Demokratiyanın inkişafına kömək edən tədbirlər həyata keçirildi. Leqal müxalifət partiyalarının sərbəst fəaliyyətinə imkan yaradıldı. Xarici siyasət sahəsində Misir bir sıra ərəb ölkələri ilə dostluq əlaqələrini bərpa etdi. İsrail sülh yoluyla Sinay yarımadasını Misirə qaytardı, lakin bu ölkə ilə münasibətlərin normallaşdırılması Kemp-Devid razılaşmalarından irəli getmədi. Misir eyni zamanda Fələstinərəblərinin də qanuni hüquqlarını müdafiə edir.

 

Coğrafi mövqeyi

Misir Afrika qitəsinin şimal-şərq hissəsində yerləşir. Ölkənin şimalı Aralıq dənizinin suları ilə əhatə olunur. Orada Sinay yarımadası vasitəsi ilə ölkənin Yaxın Şərqə çıxışı vardır. Burada Qədim zamanlarda yalnız Nil çayı hövzəsinin ətrafı Misir ölkəsi sayılırdı. Bu çayın mövcud olmasına görə orada ən qədim zamanlarda əkinçilik və heyvandarlıq üçün əlverişli imkanlar yaranmışdır və bu region, Mesopotamiya ilə birlikdə, bəşəriyyətin ən qədim mədəniyyət ocaqlarından biri olmuşdur. Nil çayının və oradakı ərazilərin Aralıq dənizinə yaxınlaşan hissəsi üçbucaq şəkilli olduğuna və eyni adlı yunan hərfinə bənzədiyinə görə oraya “Delta” deyilir. ‘Delta’da yerləşən vilayətlər bu çaydan, bir çox məcralarla axdığına görə, həm də xarici basqınlardan qorunmaq üçün istifadə edirdilər. Misir, üç qitəni – Asiya, Afrika və Avropanı birləşdirən yolların kəsişdiyi mərkəz, ən qədim dünya sivilizasiyası ölkələrindən biridir. Ölkə Afrikanın şimal-şərqində və Asiyanın cənub-qərbində yerləşir. Şərqdən İsrail, cənubdan Sudan, qərbdən Liviya dövlətləri ilə həmsərhəddir. Şimaldan Aralıq dənizi, şərqdən – Qırmızı dəniz əhatə edir. Ölkənin sahəsi 1.001.450 km²-dir

 

Əhalisi

2011-ci ildə Misir əhalisi xaricdə yaşayan 7 milyon nəfərlə birgə əhalisinin sayının 88 milyona çatıb. 1970-2010-cu illər arasında əhali sürətlə artmışdır. 1798-ci ildə Napoleon Misiri işğal edəndə burada 3 milyon nəfər əhali var idi. İşsizlik səviyyəsi yüksələrək 11, 9 faizə çatıb.

Misirdə şəhər əhalisinin sayı getdikcə artmağa davam edir. Ərəb Soyuq müharibəsi dövründə əhali xaricə köç etməyə üstünlük vermişdir. Xüsusilə, 1971-ci ildə prezident Ənvər Sədatın dövründə emmiqrasiya liberallaşmış, 1973-cü il neft böhranı zamanı pik həddə çatmışdır. Hazırda 2.7 milyon misirli xaricdə yaşayır. Miqrantların təqribən 70%-i ərəb ölkələrində (Səudiyyə Ərəbistanında 923,000 nəfər, Liviyada 332,600 nəfər, İordaniyada 226,850 nəfər, Küveytdə 190,550 nəfər), qalan 30%-i isə Avropa və Şimali Amerikada (ABŞ-da 318,000 nəfər, Kanadada 110,000 nəfər, İtaliyada 90,000 nəfər) yaşayır.

Qədim Yaxın Şərqdə yaşayan əhali arasında yalnız misirlilər əvvəl harada yaşayırdılarsa, yenə də orda qalıblar. Misir əhalisi tarix boyunca dillərini 1 dəfə, dinlərini isə 2 dəfə dəyişmişdir.

 

İqlim

Aralıq dənizi boyunca ensiz sahil xəttinin iqlimi – subtropik, qalan ərazidə tropik səhra iqlimidir. Burada hava son dərəcə qurudur, ilboyu azbuludlu olur, çox az-az yağış yağır. Misir üçün temperaturun kəskin dəyişməsi xarakterikdir. Asuanda noyabrda hava gündüz 41 °C-dək qıza, gecə isə 3 °C-dək soyuya bilər. Yanvarda orta temperatur şimaldan cənuba 14 °C-dən 17 °C-dək, iyulda 26 °C-dən 33 °C-dək dəyişir.

Əbol-hovl (qorxunun atası) və arxasında Kefren Piramidi

Misirdə nüfus artma qrafiği – 1800də 2,5 milyon, 1900də 12,5 milyon, 2000də 68 milyon.

 

Dövlət quruluşu

1953-cü ildən yarıprezident respublikasıdır. 1967-ci ildən fövqəladə vəziyyət qanunu ilə idarə olunur.

 

Pul

Pul vahidi – Misir funtudur. Funt 100 piastra bölünür. Yerli pulun aşağıdakı dəyərləri var: 100, 20, 10, 5, 1 Misir funtu banknotları; 50, 25 piastr banknotları; 20, 10, 5 xırda pulları. Valyutanın dəyişdirilməsi yerli bankların vasitəsilə həyata keçirilir. Kredit kartları iri mehmanxanaların çoxunda qəbul edilir. Bir Amerika dolları təqribən 3,5 Misir funtuna dəyişilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR