Slimfit
  1. SİYASƏT

Mişel: “Bugünkü danışıqlar Brüsseldə keçiriləcək görüş üçün yaxşı hazırlıq idi”

Mişel: “Bugünkü danışıqlar Brüsseldə keçiriləcək görüş üçün yaxşı hazırlıq idi”
Sakura

Mişel: “Bugünkü danışıqlar Brüsseldə keçiriləcək görüş üçün yaxşı hazırlıq idi”

“Bugünkü danışıqlar çox məhsuldar keçdi və iyulun 21-də Brüsseldə keçiriləcək görüşə yaxşı hazırlıq oldu”.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Almaniya kansleri Olaf Şolts və Fransa dövlət başçısı Emmanuel Makronla görüşdən sonra deyib.

Onun sözlərinə görə, tərəflər münasibətlərin normallaşması üzərində intensiv işləyir və bu formatda görüşü İspaniyada təkrarlamağı planlaşdırırlar: “May ayında Brüsseldə keçirilən görüşdə əvvəllər qaldırılan bütün məsələləri müzakirə etmək imkanımız oldu. Sərhədin delimitasiyası, sülh sazişinin hazırlanması məsələlərini müzakirə edə bildik və bu görüş iyulun 21-də Brüsseldə planlaşdırılan görüşə əla hazırlıq idi”.

O qeyd edib ki, Avropa İttifaqı Şurası Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dəstəyi davam etdirməyi hədəfləyir: “Görüş zamanı İspaniyada keçiriləcək “Avropa siyasi birliyi”nin 3-cü zirvə toplantısı çərçivəsində beştərəfli formatda yenidən görüşmək niyyəti də açıqlanıb”.

Ş.Mişel vurğulayıb ki, Avropa İttifaqı Şurası iki ölkə arasında münasibətlərin normallaşdırılmasında daha böyük irəliləyişin əldə edilməsinə dəstək vermək üçün hər cür səy göstərəcək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR