Mişa cəhənnəmdə yansın! – Putinin təhqirinə cavab
Gürcü-erməni əsilli rusiyalı məşhur teleaparıcı və Kremli təbliğatçısı Tina Kandelaki Rustavi-2-də Rusiya Prezidenti Vladimir Putinə qarşı səsləndirilən təhqirlərə cavab verib.
Axar.az xəbər verir ki, Kandelaki fikirlərini öz Teleqram kanalında paylaşıb. Kandelaki bəyanatında Rustavi-2-nin bu bəyanatından sonra uçuruma sürükləndiyini və bir daha yüksəklərə qalxmayacağını bildirib:
“Düşünmürəm ki, Putinə Rustavi-2-nin üzrxahlığı lazımdır, amma bu bizim ölkənin simasının saxlanılması üçün yeganə imkandır. Mən 10 il əvvəl deyirdim ki, Saakaşvili cinayətkar və alçaqdır. Onun yeri gürcü xalqı və Gürcüstan üçün etdiklərinə görə sivil cəmiyyət yox, həbsxanadır. Mən gürcü xalqı adından bütün əsaslara sahib olaraq Saakaşviliyə cəhənnəmdə yanmağı arzu edirəm”.
Qeyd edək ki, Rustavi-2-də yayımlanan “P.S.” proqramının aparıcısı Rusiya Prezidenti Vladimir Putinin ünvanına müxtəlif təhqiramiz ifadələr səsləndirib. Bundan sonra televiziya binası qarşısında yüzlərlə insanın iştirakı ilə etiraz aksiyası təşkil olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət