“Mirzoyan COP29-a dəvət alıb”
“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakıda keçiriləcək BMT-nin iqlim konfransında (COP29) iştirak üçün dəvət alıb”.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu Mirzoyanın müavini Paruyr Ovannisyan “Factor.am”a açıqlayıb.
Onun sözlərinə görə, gələn ay Bakıda keçiriləcək COP29 iqlim konfransında Ermənistanın iştirakı məsələsi hazırda yerli hökumət tərəfindən müzakirə olunur.
“Bu məsələ həm sülhün bərqərar olması, həm humanitar məsələlərin həlli, həm də tədbirin gündəliyinə görə bir neçə aspektdə müzakirə olunur. Bilirsiniz ki, bu, iqlim dəyişikliyinə yönəlmiş ən mötəbər beynəlxalq tədbirdir. Bütün bu qeyd etdiyim məsələlərə əsasən yaxın gələcəkdə biz Ermənistanın hansı səviyyədə təmsil olunacağı ilə bağlı qərar qəbul edəcəyik”, - deyə Ermənistan XİN-in müavini bildirib.
Mirzoyanın tədbirdə şəxsən iştirak edib-etməyəcəyi ilə bağlı suala isə Ovannisyan belə cavab verib:
“Heç bir variantı istisna etmirik, lakin hər şey yaxın həftələrdə daha aydın olacaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət