Slimfit
  1. BİOQRAFİYA

Mirzəcan Mədətov

Mirzəcan Mədətov
Sakura

Mirzəcan Mədətov - Azərbaycan şairi

Mirzəcan Mədətov (1797 - 1851) - erməni əsilli Azərbaycan şairi.

Mirzəcan Mədətov Valerian Qriqoryeviç Madatovun (Arustam Quqo oğlu Mədətovun) qardaşı oğludur. Vərəndə mahalının Çanaqçı kəndində anadan olmuşdu. Tiflis canişinliyi dəftərxanasında çalışmışdı. Podpolkovnik rütbəsinədək yüksəlmişdi.

Əvvəllər Tiflis dəftərxanasında işləyən, sonralar yaradıcılıq məqsədləriynən bağlı Maralyanlı Aşıq Pəriynən müəyyən ünsiyyətlərdə bulunan bu sənətkar Azərbaycan aşıq şeiri formalarında bir çox qoşma və gəraylıların müəllifidir. Onun yaradıcılığı əsasən Aşıq Pəriynən deyişmələrdən və məktublaşmalardan ibarətdir. Aşıq Pərinin şeirlərinə dərindən yanaşanda məlum olur ki, Mirzəcan Mədətovla çox yaxın olmuş, bir sənət yoldaşı kimi onun xatirini çox istəmişdir. İstər deyişmələrində, istər də ithaflarında biz bunların şahidi oluruq. Şeirlərindən məlum olur ki, Mirzəcan Mədətovun ölümü Aşıq Pərini dərindən sarsıtmış, ona xüsusi qoşma həsr etmişdir. Həmin qoşmaların bəndlərindən birində Dağıstan adının ayrıca vurğu ilə çəkilməsi də maraq doğurur. Bu amilin iki yozumu ola bilər. Tiflisdə Sərdarın sağ əli olan, dəftərxanada onun mühüm işlərini görən Mirzəcan Mədətovun Dağıstanla əlaqədar adının çəkilməsi o dövrün ictimai-siyasi vəziyyətlərinə aid ola bilərdi. Əlbəttə, bunlar şəxsi qənaətdi və bir daha dərin axtarışa ehtiyacı var.

Mirzəcan Mədətov mülkədar idi. Xırxan, Sus kəndlərində mülkü vardı.

Mirzəcan bəy Mədətov Mina xanımla ailə qurmuşdu. Səfiyə xanım adlı qızı vardı.

 

Şeirləri:

Olsun 
Bәnәfşәyә xitab
Tapılmaz
Yetərmi
Gözlərin
Mən 

 

Deyişmələri:

Danış (Aşıq Pəri, Mirzəcan Mədətov)
Mirzəcan ilə Aşıq Pərinin deyişməsi
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR