Dərc edildi: Baxış sayı: 312
Mirzəağa Əliyev küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq
Sentyabrın 4-ü saat 06:00-dan başlayaraq Bakı şəhərinin Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində (Azərbaycan prospektindən Səməd Vurğun küçəsinə qədər olan hissədə) aparılan təmir-bərpa işləri ilə əlaqədar hərəkət avtonəqliyyat vasitələri üçün tam məhdudlaşdırılacaq.
Ens.Az-ın məlumatına əsasən,bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət