Dərc edildi: Baxış sayı: 597
Mirzə Şəfi Vazeh - Tək bəndlər
Ey bəşərin xilasına edilən kömək,
Ey göylərin ilk töhfəsi sevimli mələk!
Sənə xidmət edənlərə təsəllisən sən,
Müdriklərin ilk arzusu, ilk istəyisən.
Ancaq nadan çətin işdən qaçar asana,
Məhv olardım dirənmədən min yol əsana!
Ey göylərin ilk vergisi!... İnan ki, sənə
Daim sadiq qalasıyam gedincə sinə.
Qoy sən həqiqəti söyləyən zaman,
Qopsun min təhlükə, qopsun min tufan.
Gəl baxma bunlara, ey Mirzə Şəfi,
Uca tut daima arı, şərəfi!
Qəlbimin, ruhumun qanadıyla mən,
Çıxdım aydınlığa zülmət gecədən.
Gördüm şeriyyətlə həqiqətimi,
Tapdım həqiqətlə şeriyyətimi.
Min ev yıxıb, tikirsiniz bir boş minarə,
Ərşə çıxıb, qonaq gedin pərvərdigarə.
Hicran qəminin badeyi-gülgündür əlacı
Vazeh, danışırlar bunu meyxanələr içrə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət