Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Şəfi Vazeh - Sərv ağacı

Mirzə Şəfi Vazeh - Sərv ağacı
Sakura

Mirzə Şəfi Vazeh - Sərv ağacı

Azadlıq rəmzidir şux sərv ağacı,
Əyilib budağı toxunmaz yerə.
Ardınca cəzb edib o, nəzərləri
Daima ucalar nurlu göylərə.

Fırtınamı qopdu, küləkmi əsdi,
Tökülməz yarpağı, əyilməz qəddi.
Bilməz bu dünyada riyakarlığı,
Ülvidir, nəcibdir onun varlığı.

Qarışıq həyatın qəmindən uzaq,
Sakit məzarlıqdan göylərə qalxar.
Sərin kölgəsinə kim gəlsə qonaq
Dalınca göylərə boylanar, baxar.

Bir yaşıl qüllədir-ümid qülləsi,
Ucalıb təpəsi ərşə dayanar.
Altında gəmirər qurdlar məzarı,
Üstündə ulduzlar sayrışıb yanar.

Tulla gəl çadranı ... görünsün üzün
Gül də gizlədərmi de bağda özün?!
Səni qadir Allah, ey incə çiçək,
Yaratmış dünyaya verməkçün bəzək.

De, bunca lətafət, bunca məlahət,
Solsun dar qəfəsdə neyçün, nəhayət!
Tulla gəl çadranı ... bilsin ki, dünya
Yoxdur yer üzündə sənin tək afət.

Qoy sənin nəzərin hər yana baxsın,
Baxışın qəlbləri yandırıb yaxsın.
Pəmbə dodaqların təbəssümləri
Ətrafa nur yaysın, açsın səhəri.

Sənə, çadra kimi ey incə mələk,
Tək gecə zülməti olsun bürüncək.
Tulla gəl çadranı ... hüsnün tək hüsnü
İstanbul soltanı görməmiş belə!

Uzun sıx kirpiklər arasındakı,
O aydın gözlərin-nurlu piyalə.
Aç qara gözünü, çadranı tulla!
Həyatda cəsur ol, yaşa qürurla.

Bir Mirzə üz tutub soruşdu məndən:
“Bizim şah haqqında nə fikirdəsən?
Söylə genişdirmi ondakı ürək,
Sazdırmı ağlı da qulaqları tək?”

“O da bir adamdır qalanlar kimi, -
Əba, əmmaməsi olanlar kimi.
Xalqın cahil, qorxaq, kor olduğunu
Bilib cəhalətdə saxlayar onu”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR