Slimfit
  1. BİOQRAFİYA

Mirzə Şəfi Vazeh

Mirzə Şəfi Vazeh
Sakura

Mirzə Şəfi Vazeh - Azərbaycan şairi və mütəfəkkiri, maarifçi və pedaqoq

Mirzə Şəfi Vazeh ( Mirzə Şəfi Vazeh; 1794, Gəncə – 16 (28) noyabr 1852, Tiflis) — Azərbaycan şairi və mütəfəkkiri, maarifçi və pedaqoq. Vazeh təxəllüsü altında həm Azərbaycan dilində, həm də fars dilində yazaraq, bu dillərin poeziya ənənələrini inkişaf etdirirdi. Vazeh "ifadəli, aydın" deməkdir. Tiflisdə Azərbaycan və fars dillərindən dərs demişdir. Rus pedaqoq İvan Qriqoryev ilə birlikdə Azərbaycan poeziyasının ilk müntəxəbatını və Tiflis gimnaziyası üçün "Tatar-rus lüğətini" yazmışdı..

Mirzə Şəfi çoxlu qəzəlllər, müxəmməslər, məsnəvilər, rübailər və s. yazmışdır. Onun şeirləri intim-lirik və satirik xarakteri daşıyırdı. Bundan başqa Vazeh poeziya tipli "Müdriklik dərnəyi"nin başında dayanırdı. Vazehin əsərlərinin əsas mövzusu romantik sevginin tərənnümü və həyatın nəşəsidi, amma bəzi şeirlərində Mirzə Şəfi feodal cəmiyyətinin eyiblərini göstərir, köləlik şəxsiyyətlik və dini fanatizmin əleyhinə çıxış edir.

Vazehdən şərq dilləri dərsini alan alman şairi Fridrix Bodenştedt "Şərqdə min bir gün" (1850) kitabında Vazehin şeirlərinin tərcümələrini nəşr etdirmişdir. Sonradan Bodenştedtin "Mirzə Şəfi nəğmələri" (1851) adlı kitabı işıq üzü gördü. Bu nəğmələr Avropa dillərinə dəfələrlə tərcümə edilmişdir. Baxmayaraq ki, sonradan Bodenştedt Vazehin şeirlərini özünkü kimi qələmə verməyə başladı, saxlanılan fars və Azərbaycan dillərində olan orijinal vərəqlər Mirzə Şəfinin müəllifliyini sübut etdi.

Mirzə Şəfi Sadıq oğlu XVIII—XIX əsrlərin astanasında Gəncədə anadan olub. Şairin doğum tarixi tam aydın deyil. Böyük Sovet Ensiklopediyası, Müxtəsər Ədəbiyyat Ensiklopediyasıvə Fəlsəfə Ensiklopediyasında Mirzə Şəfinin doğum ili 1796-cı qeyd edilib[1][2][3], bir sıra müəlliflər isə hesab edirlər ki, şair 1794-cü ildə anadan olub.

Şərqşünas Adolf Berjenin yazılarına əsasən, 1851-ci ildə o, Tiflisin küçələrində "təvazökar 60 yaşlarında türk" ilə rastlaşmışdı, həmən insan elə Mirzə Şəfi Vazeh idi. Berjenin sözlərindən belə çıxır ki, şair 1800-cü ilədək anadan olub. Arxiv sənədlərində tamamilə başqa məlumatlar var. Belə ki, "1845-ci ildə xidmət haqqında olan formulyar siyahıda" (rus«Формулярный список о службе за 1845 год») yazılıb ki, Mirzə Şəfinin 40 yaşı var ("1845-ci ildə Tiflis qəza məktəblərində xidmət göstərən məmurlar" (rus««О служащих чиновниках Тифлисских уездных училищ на 1845 год») haqqında olan arxiv işindən götürülüb). Buradan belə çıxır ki, Vazeh 1805-ci ildə anadan olub. Eyni zamanda, "1852-ci ildə xidmət haqqında olan formulyar siyahı"da (rus«Формулярный список о службе за 1852 год») yazılıb ki, "onun doğum günündən 45 il keçir" — bu da artıq onun göstərir ki, şair 1807-ci ildə anadan olub, bu məlumatlar "Tiflis gimnaziyalarda tatar dili kiçik müəllimi Mirzə Şəfinin ölümü haqqında" olan (rus. «О смерти младшего учителя татарского языке в тифлисских гимназиях Мирза Шафи») arxiv işindən götürülüb. Şərqşünas alim İvan Yenikolopovun fikrincə, bu mənbələrin ən etibarlısı Mirzə Şəfinin rəisi A.K. Monastırskiyin imzası ilə təsdiq olunmuş "1845-ci ildə xidmət haqqında olan formulyar siyahı"sıdı (rus«Формулярный список о службе за 1845 год»).

Mirzə Şəfinin atasının adı Sadıq Kərbəlayi olsa da, el arasında ona Sadıq Usta (Ustad) deyə çağırırdılar. Sadıq Usta sonuncu Gəncə xanı Cavad xanın dövründə memar kimi fəaliyyət göstərirdi. Ata babasının adı Məhəmməd idi, o, Gəncənin yerli sakinlərindən idi. Şairin böyük qardaşı Abduləli atası kimi binaların tikintisi ilə məşğul olurdu, çünki ənənələrə görə ata sənətini davam etdirməli idi.

Mirzə Şəfinin doğulduğu illərdə Rusiya imperiyası Gürcüstanı ələ keçirərək, ayrı-ayrı xanlıqları və bölgələri zəbt etməyə çalışırdı. Tezliklə Mirzə Şəfinin doğma şəhəri Gəncənin də işğal edilməsi baş verdi. 1804-cü ilin yanvarında Gəncə hücumla alındı. Bir vaxtlar qüdrətli xanlığı yaddaşlardan silmək üçün, Gürcüstan baş komandanı general Sisyanov Gəncəni I Aleksandrın arvadı Yelizaveta Alekseyevnanın şərəfinə Yelizavetpol (rusca Елисаветполь) adlandırır, xanlığın ərazisini isə "Yelizavetpol qəzası" (rusca «Елисаветпольский уезд») adı ilə Rusiya imperiyasına birləşdirir. Bu hadisələr Mirzə Şəfinin ailəsinə ağır təsir elədilər. Xan tikililərin qurucusu olan atası Sadıq gəlir mənbəyini itirdi.

Bəzi digər tədqiqatçılar kimi qafqazşünas Adolf Berje də Mirzə Fətəli Axundova və Salyaniyə istinad edərək qeyd edir ki, Gəncə xanlığının 1804-cü ildəki süqutu Mirzə Şəfinin atasına çox ziyan vurdu və onu müflis etdi, müharibədən bir müddət sonra o, xəstələndi və dünyasını dəyişdi. Şair atasının ölüm tarixi dəqiq məlum deyil, ancaq ədəbiyyatşünas Əliəjdər Seyidzadənin ehtimalına görə, o hadisə 1805-ci ilin əvvəlində baş verdi. Mirzə Şəfinin atasının müflis olmasını şair Şakir də Qasım bəy Zakirə yazdığı məktubu ilə təsdiq edir, məktubda Mirzə Şəfinin atası "Gəncədən olan Sadıq" kimi qeyd olunur, və onun adı bir vaxtlar zəngin adam olan, amma sonralar tamamilə dilənçi halına düşən Hacı Qurban adlı biri ilə hallanır. Gəncəli memar Sadıq o qədər məşhur idi ki, hətta qonşu xanlıqlarda onun adı əvvəl varlı dövlətli olub sonra hər şeyini itirən biri kimi misal gətirilirdi.

Bütün siyahılarda Mirzə Şəfinin mənşəyi "ruhani ad"dan gəldiyi yazılıb. Yenikolopov bundan nəticə çıxarır ki, Şəfinin atası Kərbəla şəhərinə ziyarətə getdikdən sonra, öz adına "Kərbəlayi" ruhani adını əlavə edib.

Tarixçi Mixail Semevskiyin məlumatına görə, Mirzə Şəfi "mehriban, sadə insan idi, əslən tatar və tərbiyəsinə görə fars idi".

Şəfinin ktaba və elmə meyli tez özünü göstərdi. Bununla əlaqədar atası onu Gəncədəki Şah Abbas məscidinin mədrəsəsinə göndərdi. Atası istəyirdi ki, onun oğlu molla olsun. Mədrəsədə Şəfinin maraq dairəsi genişləndi, burada o, fars və ərəb dillərinin ilkin biliklərinə yiyələndi və hüsnxəti öyrəndi, sonradan hüsnxət bacarıqlarını mükəmməllik səviyyəsinə çatdırdı. Adolf Berje "Zeitschrift der deutschen morgenländischen Gesellschaft" (Leypsiq, 1870) adlı məqaləsində yazır:

 

Onun ərəb dilinin öyrənilməsində uğurları ürəkaçan deyil idi, ikincinə (yəni fars dilinə) isə mümkün olduğu üçün, ərəb dilindən əsaslı bilikləri olmadan yiyələndi.[

 

Mirzə Şəfinin Gəncədə kimdən təhsil aldığı dəqiq məlum deyil. Seyidzadənin fikrincə, onun müəllimi hansısa Molla Pənah idi (tanınmış Azərbaycan şairi Molla Pənah Vaqiflə səhv salmayın). Bəzən mətbuatda Molla Hüseyn Pişnamazın (1783—1859) adı səhv olaraq hallanırdı. Pişnamaz Mirzə Fətəli Axundovun hüsnxət üzrə müəllimi idi, Axundovun özü də Mirzə Şəfinin məktəbinə gedirdi. Mirzə Şəfi və Pişnamaz bir-birinə qarşı mübarizə aparırdılar.

Ancaq Mirzə Şəfinin molla olmaq istəyi helə də çox deyil idi. O, daha çox arzu edirdi ki, ədəbiyyat və müxtəlif dilləri öyrənsin. Amma atası sağ olarkən, Şəfi ona qarşı getmirdi və mədrəsə təhsilini davam etdirirdi. Atasının vəfatından sonra Mirzə Şəfi mədrəsədən ayrıldı, həmdə o, oranın başçıları ilə yola getmirdi.

Şəfinin hələ mədrəsədə təhsil aldığı vaxtlarda, Təbrizdən Gəncəyə Hacı Abdulla adlı biri qayıdır, Berjenin sözlərinə görə, o insan "gözəl qəlb keyfiyyətləri və yüksək mənəviyyat" sahibi idi. Həmin Hacı-Abdulla Mirzə Şəfinin şəxsiyyətinin formalaşmasında əhəmiyyətli rol oynamışdır.

Adolf Berjenin məlumatına görə, Hacı Abdulla Gəncədə anadan olmuşdur və Təbrizə alverlə məşğul olmaq üçün getmişdir. İranda o, müqəddəs yerlərə baş çəkdi, oradan da həcc ziyarəti etmişdir. Sonra o, bir müddət Bağdadda yaşamışdır və orada Seyid Səttar adlı dərvişlə tanış olaraq, onun sayəsində sufizm əqidəsi və inamı ilə tanış oldu. Gəncədə Hacı Abdulla Şah Abbas məscidinin axundları və yerli mollalar ilə dini xurafatları və mövhumatın əsassız və absursd olduğunu sübut edərək, daim mübahisə edirdi. Bununla bağlı onun ruhanilərin arasında çoxlu düşmənləri və bədxahları yarandı. Mirzə Şəfi mədrəsə tələbəsi olduğu vaxtlarda Hacı-Abdulla ona havadarlıq edir və maarifləndirirdi. Gənc Şəfinin düşüncə tərzində belə çevrilişi görən mədrəsə mollaları gələcəkdə onunla məşğul olmağa imtina etdilər. Bununla əlaqədar Şəfi mədrəsəni tərk etmək məcburiyyətində qaldı. Berjenin sözlərinə görə, o hadisələrdən sonra Şəfinin ruhanilərə olan nifrəti inkişaf etməyə başlayır. Mirzə Şəfi hələ Hacı-Abdulla ilə tanışlıq etmədən öncə də mollalardan uzaq dururdu. Seyidzadənin sözlərinə görə, onun Hacı-Abdulla ilə baxışlarının oxşarlığı buna əsaslanıb. Mollalarla mübahisələrdə Mirzə Şəfiyə dəstək göstərən Hacı Abdulla idi, hansı ki Mirzə Şəfinin taleyinə güclü təsir göstərmişdir və Seyidzadənin ehtimalına görə, onu övladlığa götürmüşdü. Berje xəbər verir ki, Şəfi mədrəsədən ayrıldığı vaxtda, Cavad xanın qızı Püstə bəyim özünə mirzə axtarırdı ki, iki kiçik kənd ilə idarəetmə məsələlərin həlli üçün yazışma aparsın. Püstə bəyim və Hacı Abdulla qonşu idilər və bir-birini yaxşı tanıyırdılar. Püstə bəyimin istəyini örgənərək, Hacı Abdulla ona Şəfini məsləhət gördü və "dürüstlüyünə tam arxayın ola biləcək" insan kimi tanıtdı, həmdə Şəfi təkçə fars dili bilikləri (o illərdə fars dili Cənubi Qafqazda yazışma dili kimi qəbul olunmuşdu) ilə deyil, həm də gözəl dəst-xətti ilə seçilirdi. Gəncə Tarix-Diyarşünaslıq MuzeyiPüstə bəyim Şəfini işə götürdü, və Berjenin sözlərinə görə, o vaxtdan onu Mirzə Şəfi çağırmağa başladılar. Amma ədəbiyyatşünas Əli Əjdər Seyidzadə Adolf Berjenin fikri ilə razı deyil, onun fikrincə, Şəfi "mirzə" adını xan qızının məktub yazanı olduğu üçün götürmüyüb, çünki hələ o illərdə Mirzə Şəfi şah Abbas məscidinin yanında xəttatlıq və şərq dilləri üzrə dərs keçdiyi şəxsi məktəbini yaratmışdır. Mirzə Şəfi Püstə bəyimin yanında az müddət işlədi. 1826-cı ildə İran və Rusiya arasında yenidən müharibə başladı. İranlılar Cavad xanın böyük oğlu Uğurlu xanın başçılığı altında Gəncəni ələ keçirdilər və burada təxminən üç ay qaldılar. Şamxor döyüşündə məğlubiyyətdən sonra Uğurlu xanın qoşunu Gəncəni tərk etməyə məcbur oldu. Uğurlu xan bacısı Püstə bəyimlə birgə İrana getdi (bu tarixi hadisəni "Fars müharibəsi haqqında qeydlər" (rusca «Записки о персидской войне») əsərinin müəllifi qraf Simoniç təsdiq edir).

Bundan sonra Mirzə Şəfi Gəncə məscidini hər gün ziyarət etməyə başlayır, orada hücrələrin birində qazanc üçün müxtəlif müsəlman kitablarını nəsr eliyir, Hacı Abdullanın dəstəyi ilə birlikdə bu işdən gələn pul onun həyatının sonuna kimi bəs eləməli idi. Lakin Hacı Abdullanın 1831-ci ildə vəfatı Şəfinin bu yardımdan məhrum etdi. Hacı-Abdulla Mirzə Şəfiyə 400 dumat vəsiyyət etdi, ancaq Şəfi yalnız yarısını ala bildi, çünki qalanını varislərdən götürə bilmədi. Bu pullar Şəfiyə borclarını ödəməyə və ən zəruri şeyləri alamağa kömək etdi. Bundan sonra Mirzə Şəfi məsciddə kitabları nəsr eləməyə davam etdi, lakin tezliklə İranda litoqrafiya tətbiq edildiyindən, bu məşğuliyyət onun üçün az faydalı oldu və o, yoxsulluq həddinə çatdı.

Adolf Berje Mirzə Şəfi haqqında xeyli məlumat toplamışdır, o, köhnə sakinləri sorğu-sual edərək ətraflı bilgilər almışdı və Mirzə Şəfinin əvvəlki illərinə aid çoxlu məlumatlar vermişdir. Mirzə Şəfinin Gəncədəki həyat dövrü haqqında bioqrafik məlumatların bir hissəsi Berjenin 1845-ci il tarixli formulyar siyahısında saxlanılıb. Bu siyahıda yazılıb ki, Şəfi 1840-cı ildə Tiflisə yola düşmədən öncə, "Elizavetpol şəhərində ərəb və fars dillərinin fərdi tədrisi ilə məşğul olurdu".

XIX əsrin 20-ci illərinin sonunda Mirzə Şəfinin şair kimi qələmə verilən ilk məlumatlara rast gəlinir. Bu hallardan biri bu cür baş vermişdir: Təbrizdə molla şair Fətullah (və ya Fazil xan) İranın xarici işlər naziri Mirzə Əbülhəsən xan Şirazini lağa qomuşdu, bunu öyrənən şairlərin bir hissəsi naziri müdafiə etməyə başladılar, o şairlərin içində "əslən Elizavetpollu şair Mirzə Şəfi" də qeyd olunmuşdur.

1830-cu illərin əvvəllərində Mirzə Şəfi Gəncəli İbrahim xanın qızı Züleyxaya vurulmuşdu (daha ətraflı "Şəxsi həyatı" bölməsinə baxın). Bu məhəbbət onun gələcək poetik yaradıcılığında öz əksini tapmışdır.

Mirzə Şəfinin Gəncədəki şagirdlərindən biri də şəhərə 1832-ci ildə gələn Mirzə Fətəli Axundov olub. Axundov Vazehdən nəstəliq xətti ilə yazmaq sənətini öyrənirdi. Mirzə Şəfi Axundovun baxışlarının formalaşmasında böyük rol oynamışdır. Mirzə Fətəlinin xatirələrindən aydındır ki, məhz Mirzə Şəfi Axundova ruhani olmağa imkan vermədi.

XIX əsrin 30-40-cı illərində Mirzə Şəfi zəngin insanların katibi işləyərək çörək pulu qazanırdı. Gəncədə Şəfi həmçinin, xəttatlıq və şərq dillərindən dərs deyirdi. 1840-cı ilin sonunda o, Tiflisə köçərək, orada kiçik müəllim vəzifəsini almışdır. 1840-cı ildən Tiflisdə Azərbaycan və fars dillərindən dərs demişdir. Məhz Tiflisdə Vazehin Abbas Qulu Ağa Bakıxanov, Xaçatur Abovyan, Mirzə Fətəli Axundov və digər mədəniyyət xadimləri ilə sıx əlaqələri yarandı.

1846-cı ildə Vazeh doğma Gəncəyə qayıtdı və məktəblərin birində dərs keçməyə başladı. Həmçinin Gəncədə Mirzə Şəfi şeirlər yazmağa davam etdi. 1850-ci ildə Mirzə Şəfi yenidən Tiflisə köçdü. Orada Tiflis gimnaziyasının fars və Azərbaycan dilləri müəllimi vəzifəsində çalışırdı.

1852-ci ildə Tiflisdə dərs dediyi zaman Mirzə Şəfi Vazeh Kazım bəyin Moskvadaki tələbələrindən olan İvan Qriqoryev ilə birlikdə Azərbaycan poeziyasının ilk müntəxəbatı "Kitabi-türki" adlı bir dərslik tərtib etmişdir, bu əsər hətta "Vətən dili"ndən öncə yazılmışdır.

1844-cü ildə Tiflisə Qafqaz həyatına böyük maraq göstərən və şərq dillərini daha yaxşı öyrənmək istəyən alman yazıçısı və şərqşünası Fridrix Bodenştedt gəldi. 1845-ci ildə Bodenştedt Tiflis gimnaziyasında dərs deməyini dayandırdı, lakin şərq dillərini öyrənməyini davam etdirdi. Tiflisdə o, Mirzə Şəfi ilə tanış olur və onun rəhbərliyi altında Azərbaycan və fars dillərini öyrənir. Dərslər həftədə üç dəfə keçirilirdi, dərslərdən sonra isə Mirzə Şəfi qonaq üçün öz əsərlərini nümayiş etdirirdi. O vaxtlarda Mirzə Şəfi Tiflis qarnizon məktəbində müəllimlik edirdi, sonradan Bodenştedtin vəsatəti sayəsində Tiflis gimnaziyasında Azərbaycan dili müəllimi təyin edilmişdir.

1847-ci ildə Bodenştedt Mirzə Şəfinin "Hikmət açarı" adlı şeir dəftərini götürərək, Tiflisdən getdi. Bodenştedtın 1850-ci ildə nəşr etdiyi "Şərqdə 1001 gün" («Tausend und ein Tag im Orient») qalın kitabının bir hissəsi Mirzə Şəfiyə həsr olunmuşdu. 1851-ci ildə Bodenştedtın tərcümə etdiyi "Mirzə-Şəfi nəğmələri" («Die Lieder des Mirza-Schaffy») kitabı çıxdı. Mirzə Şəfinin XIX əsrin 70-ci illərində vəfatından 20 il sonra Bodenştedt "Mirzə Şəfinin irsindən" kitabını çap etdirdi, alman yazıçısı orada elan etdi ki, Mirzə Şəfi nəğmələri guya tərcümə deyil idi və müəlliflik bütövlüklə şəxsən Bodenştedta məxsusdu. Bununla belə Mirzə Şəfinin müəllifliyini sübut edən fars və Azərbaycan dillərində əsərlərin əsli günümüzədək saxlanılıb. Bodenştadtın "Mirzə Şəfi nəğmələri" kitabının yalnız proloq hissəsinin müəllifi olduğunu kitabın adı özü deyir — "Die Lieder des Mirza-Schaffy mit einem Prolog von Fr. Bodenstedt". Bundan əlavə kitabın erkən tərcüməçilərindən V.Markov Bodenştedta yarınmaq üçün "Görüşə" (rusca На встречу) toplusunda "Proloq" haqda yalnız ön söz hissəsində yazır.

"Nəğmələr" əsərinin süjeti tamamilə Mirzə Şəfinin həyatından götürülüb. Belə ki, "Züleyxa" adlı silsilə Mirzə Şəfinin Züleyxa adlı (rəsmən onu Noxbikə adlandırırdılar) ilk məhəbbətinə həsr olunub. Bodenştedt Tiflisdə olduğu zaman, o, Dağıstanın Cenqutay kəndində yaşayırdı. "Mirzə Yusif" adlı digər nəğmə silsiləsi Mirzə Şəfinin dostlarından biri Mirzə Yusif Şahnazarov ilə bağlıdı, onun haqqında arxiv işlərinda ətraflı məlumatlar var. "Hafizə" adlı digər silsilə Mirzə Şəfi tərəfindən sevdiyi və evləndiyi qadına həsr olunub "Nəğmələr"in fəsilərin birində Mirzə Şəfi özünü Abdullanın (mərhum ögey atasının adı) oğlu adlandırır. Yenikolopovun sözlərinə görə, bu bilgilər və "Mirzə Şəfi nəğmələri"ndə olan həm İran nazirlərinin adları, həmdə Hafiz Şirazinin həyatından geniş məlumatlar Bodenştedtın kitabı yazdığı vaxt Qərbdə məlum ola bilməzdi.

Bundan başqa Mirzə Fətəli Axundovun nəvəsi tərəfindən 1934-cü ildə Azərbaycan Dövlət Muzeyinə verilmiş Mirzə Fətəli Axundovun şəxsi arxivindən olan qaralama dəftərində Mirzə Şəfi haqqında Axundovun öz əlilə yazılmış məlumat var ki, Mirzə Şəfinin nəğmələri Almaniyada dərc olunmuşdur.

Mirzə Şəfi Vazeh 1852-ci il noyabrın 16-da və ya 28-də Tiflisdə vəfat etdi. Tarixçi Mixail Semevskiyin sözlərinə görə, Adolf Berje hələ 1851-ci ildə Tiflisə gələndə küçələrdə müsəlman məktəblərinin birində müəllimlik edən "təvazökar 60 yaşlarında tatar" ilə qarşılaşırdı. O insan Mirzə Şəfi Vazeh idi. Növbəti 1852-ci ildə Berje onunla tanış olmaq üçün axtarışlar edəndə, Mirzə Şəfi artıq ölmüşdür. Berjenin sözlərinə görə, Mirzə Şəfinin vəfatının səbəbi mədə iltihabı idi. Öncə elə hiss olunurdu ki, Şəfinin vəziyyəti yaxşılaşır, çünki o, xeyli düzəlməyə başlamışdır. Lakin Vazeh onu müalicə edən həkimin məsləhətlərini dinləmiyib çoxlu üzüm yeməyə başladı. Şairi daima ziyarət edən və onun həm dostu, həm də pərəstişkarı olan Ordubadlı Mirzə Həsən onun əzab çəkdiyini görüb, ondan üzümü yeməmək xahişini edəndə, Şəfi sakitcə cavab verirdi: "ölmək nə dərddi ki, yaşamaq nəyə gərəkdi, məgər mən məktəbdə dərs deyərkən, axmaq ermənilərlə az əlləşmişəm?" (rusca«а что за беда и умереть, для чего жить, разве я мало повозился, уча дураков армян в школе?»). Ondan sonra Şəfinin vəziyyəti ağırlaşdı və 1852-ci il noyabrın 16-dan 17-nə keçən gecə vəfat etdi.

Vazehin öldüyü gün "Qafqaz Arxeoloji Komissiyasının aktları"nda (X-cu cild, səh 832) belə qeyd olunmuşdur:

 

1852-ci il noyabrın 16-da Tiflisdə Mirzə Şəfi Sadıx oğlu vəfat etdi, hansı ki Bodenştedtin məşhur əsərinin sayəsində böyük şöhrət qazanmışdır.

 

Şairi Tiflis müsəlman qəbiristanlığında dəfn etdilər, onun qəbri indi Nəbatət bağının ərazisi Görkəmli Azərbaycanlılar panteonunda yerləşir. Adolf Berje yazırdı:

 

Mirzə Şəfi şəxsi həyatında hər kəsin rəğbətini qazanmışdır, o. yüksək mənəvi saflıq və nadir könül keyfiyyətləri ilə seçilirdi. Onun qəbri Tiflisdədi və oranı çoxdan ot basıb.

"İfadəli, aydın" mənalarını verən Vazeh təxəllüsü altında Mirzə Şəfi çoxlu qəzəlllər, müxəmməslər, məsnəvilər, rübailər və s. yazmışdır. Bundan başqa Vazeh poetik "Müdriklik dərnəyi"nə başçılıq etmişdir. Vazehin əsərlərinin əsas mövzusu romantik sevginin tərənnümü və həyatdan zövq almaq idi. Bəzi şeirlərində isə feodal cəmiyyətin eyiblərini göstərirdi, köləlik şəxsiyyətliyi və dini fanatizmin əleyhinə çıxış edirdi. Həmçinin Mirzə Şəfi Vazeh Azərbaycan poeziyasının ilk müntəxəbatının və Tiflis gimnaziyası üçün tərtib edilən "Tatar-rus lüğəti"nin (rus pedaqoq İv. Qriqoryev ilə birgə) müəllifidir.

1960-cı illərə qədər hesab edilirdi ki, Mirzə Şəfi Vazehin ədəbi irsi yalnız tərcümələr şəkilində bizə çatıb və şeirlərinin əsli itib. "Literaturnaya qazeta"nın 1963-cü il 31 yanvar tarixli nömrəsində dərc edilmiş məlumatların birində xəbər verilmişdi ki, Mirzə Şəfinin şeirlərinin Azərbaycan və fars dilərində əsli tapılıb.  Mirzə Şəfinin Azərbaycan və fars dillərində olan şeirlərinin ancaq bir hissəsi bizim dövrümüzə çatıb. Mirzə Şəfinin ən yaxşı əsərlərini Naum Qrebnev həm Azərbaycan və fars dillərindən, həmdə Bodenştedtin alman dilindəki əlyazmalarından tərcümə edərək, "M. -Ş. Vazeh. Lirika" (rusca «Вазех М.-Ш. Лирика») (Moskva, 1967) kitabına əlavə etmişdir.

Bodenştedtın sözlərinə görə, Vazehin  xarakterik xüsusiyyətlərindən biri də onun çap kitablarına olan nifrəti idi. Şairin fikrincə, əsl alimlərin çapa ehtiyacları olmur. Mirzə Şəfi Vazeh gözəl xəttat idi. Bodenştedt yazır:

 

Mirzə Şəfi çox gözəl yazırdı və eyni zamanda gözəllik və rəngarənglik gətirirdi: hərfləri mətnin məzmununa aid düzəldirdi. Əgər o adi şeylər barədə yazmalı olurdusa, onda o, onları adi paltarlara geydirirdi, gəşəngləri isə bayramsayağlara, qadınlara göndərilən məktubları xüsusi nazik xətlə yazırdı.

 
  1. F. Axundovöz xatirələrində dəqiqləşdirir ki, Vazeh "Nəstəliqadı ilə tanınan gözəl xətlə yazmaq sənətinə malik idi".Bodenştedt Mirzə Şəfinin şeyirlərinin böyük bir hissəsini Almaniyaya aparmışdı və orada onları alman dilinə tərcümə edərək dərc etmişdir. O, 1850-ci ildə Ştutqartda "Şərqdə 1001 gün" kitabını dərc etdi və oraya Vazehin şeirlərinin bir hissəsini daxil etdi. Şeirlər 1851-ci ildə Berlində alman dilində "Mirzə Şəfi nəğmələri" adlı ayrıca kitab şəkilində işıq üzü gördü. Bu nəğmələr o qədər populyar oldular ki, hər il yenidən nəşr olurdular və bir çox dillərə tərcümə edilirdilər. "Mirzə Şəfi nəğmələri"ni alman dilindən rus dilininə ilk dəfə N. İ. Eyfert tərcümə etmişdir (1880 və 1903 tarixli nəşrləri). O, 1880-ci ildə yazırdı: "Artıq 60 nəşrə qədər çıxmış "Mirzə Şəfi nəğmələri" Almaniyada müasir poeziyanın ən sevimli əsərlərindən biridir". Onlar ingilis, fransız, italyan, fars, macar, çex, İsveç, holland, Danimarka, ispan, portuqal, flamand, demək olar ki, bütün slavyan dillərinə və hətta qədim yəhudi dilinə tərcümə edilmişdir.

İtalyan dilinə tərcümənin müəllifi yazıçı Rossi olmuşdur. 1860-cı illərdə rus şairi Mixail Mixailov Mirzə Şəfinin şeirlərini rus dilinə tərcümə etmişdir. Sonralar 1903-cü ildə İsidor Prodan şeiri yenidən rus dilinə tərcümə etdi. Vazehin əsərləri Lev Tolstoyun diqqətini cəlb etmişdir. 1880-ci ildə Tolstoy başqa görkəmli rus şairi Afanasiy Fetə bildirirdi ki, bu yaxınlarda bir tanışı ona Mirzə Şəfinin şeirlər kitabını gətirmişdi, və o, onda dərin təəssürat yaratmışdır.

Rus bəstəkarı və pianoçusu Anton Rubenşteyn Mirzə Şəfinin sözlərinə bəstələnmiş mahnılar silsiləsini yaratmışdır.

Mirzə Şəfi Vazehin ilk sevgilisi Gəncəli İbrahim xanın qızı Noxbikə idi. Mirzə Şəfi onu ilk dəfə Cavad xanın arvadı Püstə bəyimin evində görmüşdür. Mirzə Şəfi ona "Züleyxa" şeirini həsr etmişdir, çünki qızın gözəlliyi ona "Yusif və Züleyxa" dastanının qəhrəmanının gözəlliyini xatırladırdı. Hər gün Şəfi Noxbikənin yanına gəlib öz şerlərini oxuyurdu. Tezliklə o, diqqəti özünə çəkdi və şairlərin yarışlarının birində hətta qalib gəldi. Amma o vaxta qədər qızı artıq Avar xanı Əhmədə vermək qərarına gəlmişdilər. Onda Vazeh gəlini oğurlamaq qərarına gəldi, lakin onun planları puç oldu, çünki sevgililər tufana görə kəndlərin birində gizlənməli oldular, orada isə onları sonradan tapıb evə gətirdilər.

İkinci dəfə Şəfi Tiflisin məşhur gözəli Hafizə adlı qıza vuruldu. Uzun cəhd etmələrdən sonra Vazeh qızın və onun anasının razılığını ala bildi. Lakin qızın atası nikahın əleyhinə idi, o, bunu Vazehin zəngin olmamağı ilə əsaslandırırdı. Onda Bodenştedtin məsləhəti ilə Mirzə Şəfi gimnaziyada müəllim işinə düzəlməyə çalışdı, amma o vaxta qədər Hafizənin atası vəfat etdi, və tezliklə Vazeh Hafizə ilə evləndi.

Bundan başqa şair Mirzə Mehdi Nacinin toplusunda Vazeh müəllimin naməlum gözələ həsr olunan şeiri yer alıb, şeir fars, ərəb və Azərbaycan dillərində yazılıb. Nacinin sözlərinə görə, bu qız Tiflisdə Vazehin məşuqəsi olub və hansısa knyazın oğluna ərə gedib. Buna baxmayaraq Vazeh qızın evlənməsindən sonra da ona yazmağa davam edib.

Arxiv materiallarına əsasən, Vazeh Gəncəyə qayıtdıqdan sonra da evləndi, bu dəfə Seyid Nisə şəhərində qalan Seyid Yəhyanın qızı ilə.

  • Gəncədə Vazehə abidə ucaldılıb
  • Tiflisdə Vazehin qəbirüstü abidəsi yerləşir.
  • Tiflis küçələlərinin biri Vazehin şərəfinə adlandırılıb.
  • Gəncə şəhərin Gülüstan qəsəbəsində şairin adını daşıyan parkda Vazehə abidə ucaldılıb.[45]
  • Rəssam Salam Salamzadə"Mirzə Şəfi və Xaçatur Abovyan" rəsmini çəkmişdir.[46]
  • M. Xəlilovun çəkdiyi Mirzə Şəfinin portreti Gəncədə Məhsəti Gəncəvi Mərkəzində yerləşir.
  • Gəncənin 16 nömrəli məktəbi Vazehin adını daşıyır.
  • 2010-cu ildə Bodenştedtin doğma şəhəri Paynedə Azərbaycanlı heykəltəraşlar Teymur və Mahmud Rüstəmov qardaşları tərəfindən Mirzə Şəfi və onun şagirdi Fridrix fon Bodenştedtə həsr olunmuş xatirə lövhəsi qoyuldu.
  • 2012-ci ildə Mirzə Fətəli Axundova həsr olunan "Sübhün səfiri" bədii filmində Vazehin rolunu Azərbaycanın Əməkdar artisti Ayşad Məmmədovoynamışdır.
  • 2014-cü ildə Almaniyadan Gəncəyə Vazehin əsərləri gətirildi və onların üstündə tərcümə işləri başladıldı.

 

Şeirləri

 

Qəzəlləri

 

Müxəmməsləri

 

Məsnəviləri

 

Müşairələri

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR