Dərc edildi: Baxış sayı: 985
Mirzə Sadıq Piran - Edər hər qəmzədən məqtul yüz canı qara gözlər
Edər hər qəmzədən məqtul yüz canı qara gözlər,
Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.
İki kafərdi, ya kim, hər biri bir tiğ-i xunəfşan,
Çəkib qətl eyləyirlər bir müsəlmanı qara gözlər.
Sanasan məst hindudur, girib yaya kaman eylər,
Ata üşşaqə bir-bir tir-i müjkani qara gözlər.
Edən dəm əqd-i can ol iki Türk-i şux-i sərməsti,
Biri xəncər çəkər, ol biri pünhani qara gözlər.
Sənin eşqində, ey şux, eyiəyir vird-i zəban Sadiq,
Olum ol qəmzə-yi xunriz, qurbanı, qara gözlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət