Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Məhəmməd Tağı Qumri - Məhbubumun mənimlə məhəbbət binası var

Mirzə Məhəmməd Tağı Qumri - Məhbubumun mənimlə məhəbbət binası var
Sakura

Mirzə Məhəmməd Tağı Qumri - Məhbubumun mənimlə məhəbbət binası var

Məhbubumun mənimlə məhəbbət binası var,
Məlum olur şəfəqqətü mehrü vəfası var.

Məşuqdən gərək yetişə aşiqə bəla,
Aşiq deyil o kəs ki, bəladən hərası var.

Hər nə bəla gələ, edərəm canıma qəbul.
Əlbəttə, bu bəlalarımın müddəası var.

Canan yolunda hər yara bir güldü aşiqə
Gülzari-sinəsin nə əcaib səfası var.

Dörd min yarə dəyib, yenə azdı sinəmə,
Min dəfə can ilə çəkərəm, hər cəfası var.

Qıl bircə qətlga tamaşası, Cəbrail,
Bax gör Hüseyn təşnələbin nə əsası var?

Qurbangaha Xəlil aparıb bir fəda əgər,
Amma Hüseynə bax, necə yetmiş fədası var.

Abbasi-namidarımı qurban kəsibdilər,
Qolsuz düşüb, qana boyanmış libası var.

Toy tutmuşam bu dəştdə şahzadə Qasıma,
Yaxmış əlinə qan ilə əlvan hənası var.

Səd parə doğranıbdı Əli Əkbərim susuz,
Torpaqlar üstə nəşi düşüb, çox yarası var.

Mən qoy yanım bu gün qabağında kabab tək,
Sal Əkbər üstə sayə, oğulsuz anası var.

Bilməm səbəb nədir məni gözdən salıb anam,
Meydana Zeynəbim gələ bilməz, həyası var.

Durma, özüvü yetir Nəcəfə, söylə, ya Əli,
Oğlun Hüseyn ölür, sənə çox-çox duası var.

Gəl Kərbəlayə başını al bir diz üstünə,
Görsünlər əhli-Kufə Əli tək atası var.

Qəm gülşənində Qumriyi-gülzari-xəstənin,
Fəryadı-"va Hüseyn" ilə şuri-nəvası var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR