Dərc edildi: Baxış sayı: 726
Mirzə Məhəmməd Katib - Murği-dil aşiq olub qaməti-rənayə baxar
Murği-dil aşiq olub qaməti-rənayə baxar,
Qumriyi-sərv kimi sərvi-duarayə baxar.
Dəyişib halını ol zulfi-muənbər, nə deyim,
Nə bu əhvalə, nə başımdakı sövdayə baxar.
Məni zunnarpərəst etdi xətakar gözüm,
Bəli, Sənan olu hər kim ki, o tərsayə baxar.
Yar olağında barı surəti-divar olasan,
Xoş onun halına kim, surəti-zibayə baxar.
Eyd olur aşiqə əbruyi-hilalını görə,
Rəsmdir, cünki camaat yığılıb ayə baxar.
Aşiqin görsə səni, taqəti-didar olmaz,
Necə tab eyləyə bir goz ki, təcəllayə baxar?
Nə yazım şeir, yenə Katibi-bimar oldum
Kim, xəyalilə gözum nərgisi-şəhlayə baxar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət