Dərc edildi: Baxış sayı: 865
Mirzə Məhəmməd Katib - Şair
Mirzə Məhəmməd bəy Məşədi Bayram bəy oğlu Allahquliyev – şair.
Mirzə Məhəmməd bəy Məşədi Bayram bəy oğlu 1827-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Şair idi. Katib təxəllüsü ilə xoştəb şeirlər yazırdı. Şuşada fəaliyyət göstərən "Məclisi-Fərəmuşan" şairlər yığnağının üzvü idi. O, ərəb, fars dillərini kamil bilməklə, rus və erməni dillərini də tamam-kamal öyrənmişdi. Onun haqqında Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə, Firidun bəy Köçərli öz əsərlərində söhbət açmışlar. Salman MümtazKatibi kamil sənətkar kimi oxuculara təqdim etmişdi.
Mirzə Məhəmməd Katib 1889-cu ildə vəfat edib.
Qəzəlləri:
Gün səni gormək ilə cərxdə avarə duşub
Hiç aşiq naümid-i vesl-i canan olmasın
Hiç aşiq maili-zülfü zənəxdan olmasın
Murği-dil aşiq olub qaməti-rənayə baxar
Sərimdə şövqı-zülfi-ruyi-gəncə şahmarım var
Vücudun olmasa, hec olmasın bahar, ey dust
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət