Dərc edildi: Baxış sayı: 538
Mirzə İsmayıl Qasir - Əgər zəmanədə min mahruy dilbər, ola
Əgər zəmanədə min mahruy dilbər, ola,
O kimdi hüsnündə, ey məh, sənə bərabər ola.
Tutubdu zülfi-siyahın tək aləmi-zülmət,
Götür niqabı yüzündən cahan münəvvər ola.
Qaşındır qovseyn, xalın həcər, qədin tuba,
Üzün behişt, ləbin səlsəbilü kovsər ola.
Xətadu gər verələr müşki zülfünə nisbət.
Rəva deyil ki, cəhan sərbəsər müəttər ola.
Ölüncə, söylüyəcəkdir cəmalivün vəsfin,
Füzuli, Hafizü Şirazi, ya ki Qasir ola.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət