Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə İsa Xəyali - Sahiba, bir nəfərəm dövlətü izzətdən uzaq

Mirzə İsa Xəyali - Sahiba, bir nəfərəm dövlətü izzətdən uzaq
Sakura

Mirzə İsa Xəyali - Sahiba, bir nəfərəm dövlətü izzətdən uzaq

Sahiba, bir nəfərəm dövlətü izzətdən uzaq,
Düşmüşəm şəhrdən avarə, vilayətdən uzaq.

Baxa hər kimsə mənim surətimə nifrət edər,
Eylə ki, oldu müsahib, olu nifrətdən uzaq.

Bir əcəb gövhərəm əslində, vəli səd əfsus,
Düşmüşəm qədrdən avarəvü qiymətdən uzaq.

Madəri-ınehrü vəfadan doğulan bir bəşərəm,
Verməyib dayə mənə şir sədaqətdən uzaq.

Şüğlsiz, kəsbsizəm, leyk nə kəsdən təməhim,
Əhli-iranəmü amma nə sədaqətdən uzaq.

Əhli-təqrirəmü amma həmə övqat xəmuş,
Əhli-kağız-qələməm, leyk kitabətdən uzaq.

Kamiləm hər hünəri fənndə, hər məşğələdə,
Pərvəriş tapmamışam kəsbi-ticarətdən uzaq.

Sürtülüb qurd yağı mənlən təməh ortalığına,
Şirəm, amma boğazım rişteyi-niyyətdən uzaq.

Gər əlim boşdu, gozüm toxdu, kürur olsa kürur,
Yaradıb könlümü xəllaq özü xissətdən uzaq.

Batinən şəri-rəsuli-nəbövi rəsmimdir,
Döyüləm rəsmdə yetmiş iki millətdən uzaq.

Deyiləm bəhrəsiz, hər elmdə bir hissəm var,
Həq məni eyləməyib hər cürə nemətdən uzaq.

Müflisəm müflis ilə, şeyxiyəmü şeyxi ilə,
Sufiyu cəbriyəm, amma nə həqiqətdən uzaq.

Babiyəm babi ilə, şeyxiyəmü şeyxi ilə,
Sazgarəm nə məzaq olsa, nəhayətdən uzaq.

Gərçi dərvişəmü hər məzhəbü millətlə rəfiq,
Deyiləm leyk həqiqətdə şəriətdən uzaq.

Gər adım müttəhim olsa, ürəyim ayinədir,
Şərəri-atəşəm, amma ki, hərarətdən uzaq.

Bircə eybim budu: bipuləmu biməşğələyəm,
Yoxsa tarı bili, bir nəfsəm hər illətdən uzaq.

Zahidəm, leyk başdan-başa məmlüvv yara,
Abidəm məscidü mehrabü ibadətdən uzaq.

Xoş deyib, xoş dolanıb, xoş gəzənəm, səd əfsus,
Fələki-süflə salıbdır məni vüsətdən uzaq.

Hər zaman gər mənə bir guşədə nan qismət olub,
Anı sərf etməmişəm əhli-məhəbbətdən uzaq.

Zahirən yetmiş iki millətilən seyrim var,
Dəsti-ümmid deyili şahi-vilayətdən uzaq.

Bu hamı vəsf ilə, gör, hikməti-xəllaqi yenə,
Bir zamanı deyiləm rəncü məşəqqətdən uzaq.

Rizq təhsili üçün bir neçə müddətdi məni,
Gərdişi-çərx salıb şəhrü vilayətdən uzaq.

Şəhrdən, əhldən avarə düşüb, hey gəzirəm,
Salmışam öz-özümü zillətə, rahətdən uzaq.

Bir ovuc buğdanı təhsil eləməkdən şəbü ruz
Düşmüşəm həzrəti-Adəm kimi cənnətdən uzaq.

Gəlmişəm bir yerə kim, rəsm deyil əl tutmaq,
Əhli-İrana görə xasə himayətdən uzaq.

Kimsə yandım deyənə bircə qaşıq verməz su,
Hamı piçidədir öz dərdinə, qayətdən uzaq.

Mümkünüm yoxdu ki, bir çarə qılım başıma mən,
Çəkərəm başımı yetmiş iki millətdən uzaq.

Çıxdı canım hisü dud içrə zavodlarda, haray!
Xizri-vəqt ol, məni sən eylə bu zülmətdən uzaq.

Düşdüm əldən, əlimi tut, əlimi tutsun Əli,
Məni tezliklə özün eylə bu heyrətdən uzaq.

Xəlqə yoxdu gözüm, sən mənə bir fikr eylə
Ki, sənin təbini derlər bu cəmaətdən uzaq.

Mümkün olsa mənəyol göstərib, ol Xizri-dəlil,
Bəlkə bir yana çıxam vadiyi-heyrətdən uzaq.

Deyiləm əhli-təvəqqə, varam əhli-kəsəbə,
Düşmüşəm məşğələvü kəsbi-ticarətdən uzaq.

Mənə xəllaq özü bir təbi-ğəni qılmış əta,
Heyf, səd heyf ki, salmış belə miknətdən uzaq,

Mən də gər olsa idim əhli-cahan kimi xəsis,
Əliboş düşməz idim çöllərə, dövlətdən uzaq.

Yenə həqdən dilərəm vüsəti, ta sərf qılıb.
Qoymaram təb ola öz qıldığı adətdən uzaq.

Barilaha, ver özün öz xoşlüğünü İsayə,
Bir dəqiqə, gör, olur eyşilə işrətdən uzaq.

Bir tikə nanü pəniri mənə ver, ey gərdün,
Gör, anı sərf edirəm əhli-məhəbbətdən uzaq?

Müxtəsər, vasitə ol kəsbə mənimlən, şayəd
Dövlətindən tez olam zəhməti-qürbətdən uzaq.

Qabiliyyət nə qədər məndə müşəxxəs görsən,
O qədər salmagilən çeşmi-məhəbbətdən uzaq.

Bəli, insan gərək əvvəl çəkə zəhmət, görə nəf!
O da bu əsrdə münıkün döyü minnətdən uzaq.

Kəsbilə zəhmət özü lazımü məlzum düşüb,
Necə ki, aşiq olan olmadı töhmətdən uzaq.

Səyü kuşeş gərək etmək nə qədər var ömrün,
Rizq təhsilini yazmıbia məşəqqetdən uzaq.

Qəbr evinə kimi lazımdı təlaş insanə,
Ələ bir loxma çörək düşmürü zəhmətdən uzaq.

Səy məndənü, kərəm səndənü ruzi həqdən,
Şükr dildən, yemək olmaz dəxi qismətdən uzaq.

Dəstü pavü hərəkət olmaq ilən kim oturar?
Bu ki, qeyrətdən iraqdır, bu ki, qeyrətdən uzaq.

Mətləbin xətmi, işin axırı, söz müxtəsəri:
Qıl Xəyalini xəyaləti-kəsalətdən uzaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR