Dərc edildi: Baxış sayı: 405
Hacı Mirzə Hüseyn bəy Mirzə Kərim bəy oğlu Münşizadə - Fəraqi-arizi-alın od salıb canə, billahi
Fəraqi-arizi-alın od salıb canə, billahi,
Könül dərdi-fəraqindən dönübdü qanə, billahi.
Qılıb zülməti-zülfündə könüllər Xızır tək heyran,
Qəlbində talıb olmuş çrşməyi-heyvanə, billahi.
Əzizim, gözlərim hifz et ki, çox qan etməsin axır,
Bu qədri qan edən, vəhm et ki, düşsün qanə, billahi.
Görən dəm xalını, zülfün kəməndi-tar ilə tutmuş,
Salıb könül mülkünü, verməz danə, billahi.
Dəyib bəs ox ox üstə sineyi-məcruhə peykanın,
Dəxi yox, tab edin ol nəvəki-müjganə, billahi.
Təvafi-kuyin eylər ruzü şəb bu binavə könlüm,
Olubdu şöləyi-ruxsarın pərvanə, billahi.
Yüz il təclim edən-eşqi Qeysü Fərhada,
Özün aqil bilən Çakər olub divanə, billahi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət