Slimfit
  1. BİOQRAFİYA

Mirzə Həsən bəy Mirzə

Mirzə Həsən bəy Mirzə
Sakura

Mirzə Həsən Mirzə Cəfər ağa oğlu Mirzə - Şair

Mırzə Həsən bəy Mirzə Cəfər ağa oğlu Vəzirov — şair.

Mirzə Həsən bəy Mirzə 1791-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini atasından almışdı. Rus və şərq dillərini bilirdi. Onun haqqında Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə, Firidun bəy Köçərli öz əsərlərində söhbət açmışlar. F.Köçərli yazır: "Mirzә Hәsәn İbrahim xanın müqәrriblәrindәn Әlimәhәmmәd ağanın nәvәsi vә Mirzә Cәfәrin oğludur. Mirzә Hәsәn ziyadә mәrifәtli, xoşxülq vә sahibcamal bir zat imiş vә tәbi-şeriyyәsi dә var imiş. Әvaili-sinnindә tәrki-vәtәn edib Şәki xanlığına müsafirәt edir vә orada Nuxa şәhәrindә yeni açılmış rus dәftәrxanasında münşilik әmrinә mәşğul olur. Vәli ömrünün hәnuz cavan çağında haman sәrzәmindә dari-bәqaya rehlәt edir. Öz vәsiyyәtinә görә, cәnazәsi әsl vәtәni Şuşa şәhәrinә nәql olunur vә şәhәrin şimali-şәrqisindә bir verst kәnarda dәfn olunur vә o mәrhumun adı ilә mәzarıstan әlan adlanır ki, "Mirzә Hәsәn qәbristanlığı" deyilir. Mirzә Hәsәnin qürbәtdә vәfatı öz qohum-әqrәbasına vә xüsusәn, şüәravü ürәfa silkinә artıq dәrәcәdә tәsir elәyir vә hәr birisi bir növ növhә ilә o mәrhumun övsafi-cәmilәsini zikr elәyir. O cümlәdәn Mirzә Әbülhәsәn Şәhid tәxәllüs bu fәrdi onun maddeyi-tarixindә demişdir:

Şәhid qoft besale-vәfatәş in mesrә: 
Hezar ah in qamәt hezar әfsus. 
Tərcüməsi:
Şәhid onun vәfatı ilinә bu misranı dedi:
Bu qamәtә min ah, min tәәssuf".

Mirzə Həsən 1840-cı ildə vəfat edib.

 

Şeirləri:

Oynaşır

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR