Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Fətəli Axundzadə - Vanda

Mirzə Fətəli Axundzadə - Vanda
Sakura

Mirzə Fətəli Axundzadə - Vanda

Müsəlmanlar! Orda-burda az danışın yalanı, 
Gəlin həqqi unutmayın, insaf eyləyin bir az! 
Deyirsiniz - çoxdan keçmiş xariqələr zamanı
Peyğəmbərlən sonra bir də möcüzələr yaranmaz – 
Bu sözlərə kim ananar, bir əfsanədir bunlar, 
Öz fikrimi isbat üçün mənim dəlillələrim var: 
Yetmiş altıncı illərdə Polşadan gələn kimi
Tiflisə bir günəş doğdu, bu möcüzə deyilmi? 

Cavab versin burdan axan, dünya görmüş dəli Kür, 
Bugünə tək kim Tiflisdə iki günəş görmüşdür? 
Adı Vanda, özü mələk, yanaqları nar kimi, 
Onaltıncı baharında yetişdi bahar kimi. 

Qızın mehriban atası bir mötəbər kişidir, 
Onun əziz xatirini hamı sevir, istəyir. 
Göyün odlu günəşinə çox baxanlar kor olur
Lakin, bu yer günəşindən zəif gözlər nur alır. 

Vaxt olur ki, günün üzü buludlarla örtülür, 
Ancaq, mənim günəşimin üzü açıqdır, gülür. 
Kopernik də söyləmişdi günəş daim sabitdir, 
Lakin Vanda dövr eyləyir, könüllərə can verir. 

Hansı cənnət mələyində belə kamal, camal var, 
Hansı cənnət hurisində bu gözəllik tapılar? 
Mələklərə tay etmərəm bu füsunkar dilbəri, 
Listi çala bilərmi heç behiştin huriləri? 

Mələklər heç bilirlərmi ayrı-ayrı dilləri? 
Görün necə dil bilir bu yer üzünün ülkəri. 
Heç mələklər oxumuşmu müxtəlif kitabları? 
Görün necə oxumuşdur Polşanın füsünkarı. 

Kökələyi ləğv etdilər vuruşaraq gürcülər. 
Bu qılınclar, bu qırğınlar, heyf vermədi səmər –
Vanda Kürün kənarında maral kimi gəzərkən
Bir baxışla gürcüləri əsir etdi yenidən. 

Səbuhi ki, əyilməzdi şahların qabağında. 
Gözəlliyə əsir oldu bu ixtiyar çağında... 
Vandaya can sağlığıdır şairin təmənnası
Qoy onunla fəxr eləsin xoşbəxt ata-anası.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR