Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Fətəli Axundzadə - Sərgüzəşti-vəziri-xani-Lənkəran/Üçümcü məclis

Mirzə Fətəli Axundzadə - Sərgüzəşti-vəziri-xani-Lənkəran/Üçümcü məclis
Sakura

Mirzə Fətəli Axundzadə - Sərgüzəşti-vəziri-xani-Lənkəran/Üçümcü məclis

ÜÇÜMCÜ MƏCLIS

Üçümcü məclis Lənkəran xanının divanxanasında, dərya kənarında vaqe olur.
Xan taların sədrində, taxt üstündə oturubdur; hüzurunda durubdur Səlim bəy eşik
ağası, əlində çomaq və hər iki tərəfdən Lənkəran bəylərindən neçələri səf çəkiblər,
qapının ağzında fərraşbaşı Səməd bəy və pişxidmətbaşı Əziz ağa və bir-iki cavan pişxidmət
qaimdir və taların altında ərizəçilər, yanlarında naibi-eşik ağası Qədir bəy
müntəzirdirlər. Fərraşlar da taların aşağısında, qapının dalısında oturublar.

Xa n . Bu gün çox xoş havadır; divandan sonra istirəm dərya üzündə
bir az seyr edəm, könlüm açıla. Əziz ağa, buyur gəmiçilərə ki,
dərya kənarında lötgə hazır etsinlər!
Əz i z a ğ a . Baş üstə.
Çölə çıxır.
Xa n . Səlim bəy, denən ərizəçiləri qabağa gətirsinlər.
E ş i k a ğ a s ı (talardan). Qədir bəy, ərizəçiləri növbət ilə qabağa
gətir.
Qədir bəy iki ərizəçini qabağa gətirir, ərizəçilər ikiqat olurlar.
Ə r i z ə ç i l ə r d ə n b i r i s i . Xan, başına dönüm, ərzim var!
Xa n . Kişi, de görüm, ərzin nədir?
Ə v v ə l i m c i ə r i z ə ç i . Xan, başına dönüm, bu gün atımı çaya
suvarmağa aparmışdım; birdən əlimdən qurtuldu, qaçdı. Bu kişi qabaqdan
gəlirdi; çağırdım, a kişi, allah xatiri üçün bu atı qaytar. Əyilib yerdən
bir daş götürüb ata sarı tulladı, daş atın sağ gözünə dəyib töküldü.
Indi at məsrəfdən çıxıbdır; diyəsini istirəm,vermir; mənim ilə cəngü
cədəl edir.
Xan (ikinci ərizəçiyə). A kişi, belədir?
I k i m c i ə r i z ə ç i . Başına dönüm, belədir, amma mən qəsdən daş
atmamışam.
Xa n . Pərpuc danışma; qəsd olmasa necə daşı götürüb atmaq olar.
Sənin də atın varmı?
I k i m c i ə r i z ə ç i . Vardır başına dönüm.
Xan (əvvəlinci ərizəçiyə). A kişi, sən də get, vur bunun atın bir
gözün çıxart! “Əssinə bissinin, vəl eynə bil-eyni, vəl-cürufə qisas”.4
Bu şübhəli iş deyil, Səməd bəy, fərraşlardan birini qoş getsin, buları
haqlaşdırsın!

Səməd bəy baş vurub aşağı enir, bir fərraş qoşub ərizəçiləri yola salır, qayıdır.


Xa n . Səlim bəy, de ki, o biri ərizəçilər irəli gəlsinlər; tez olun, bu
gün seyrə çıxacağam!
S ə l i m b ə y . Qədir bəy, o birilərini irəli gətir!


Qədir bəy genə iki nəfər ərizəçini irəli gətirir.


Xa n . Ax, xanlıq, səndən əzab dünyada nə var! Hər kəs ancaq öz
əhli-əyalının qəmin çəkir, mən gərək min-min adamın qəmin çəkəm,
dərdinə yetişəm. Əvvəl xanlığımdan bu günə qədər heç bir gün qapımdan
ərizəçiləri rədd etməmişəm!
Səlim bəy. Bu qədər xalqın duası sizin əcrinizdir. Həqiqətdə
bu qədər xalq sizə əyal hesab olunur. Bu, Lənkəran vilayətinin abadlığı
sizin ədalətinizin bərəkətindədir.


Ərizəçilər baş əyir.


Əvvəlimci ə r i z ə ç i . Xan, başına dönüm, mənim qardaşım
naxoş idi. Dedilər ki, bu kişi həkimdir. Getdim, üç tümən pul buna
verib qardaşımın üstünə gətirdim. Bu ümid ki, qardaşımı sağaldacaqdır.
Gələn kimi qardaşımdan qan aldı, Qanı kəsilən kimi qardaşım
canın tapşırdı. Indi deyirəm, kişi, barı pulumu özümə qaytar. Pulumu
vermədiyi yetməz, hələ deyir ki, qan almasaydı dəxi pis olacaqdı; hələ
genə məndən iddiası var. Dadıma yetiş, başına dönüm!
Xan (ikimci ərizəçiyə). Cənab həkim, necə qan almasaydın dəxi
pis olacaqdı?
I k i m c i ə r i z ə ç i . Xan, başına dönüm, bunun qardaşı möhlik istisqa
mərəzinə mübtəla idi. Əgər qan almasaydım, altı aydan sonra
bişək və şübhə öləcək idi; qan almaqla bu kişinin altı ay ona bica xərc
və zəhmət çəkməkdən xilas etmişəm.
Xa n . Cənab həkim, bəs sənin hesabına görə gərək bu kişi genə
sənə artıq zad bağışlasın?
I k i m c i ə r i z ə ç i . Bəli, başına dönüm, belədir, əgər insaf eləsə!
Xan (bəylərə üzün tutub). Vallah, bilmirəm ki, buların divanını
necə kəsim? Heç belə çətin davaya rast gəlməmişdim!
B ə y l ə r d ə n b i r i s i . Başına dönüm, həkim taifəsinin ehtiramı
vacibdir, xalqın vecinə gəlirlər. Buyur bu kişiyə, ona bir xələt versin,
onu razı etsin. Xüsusən, bu həkimi mən tanıyıram, çox haziq həkimdir.

Xa n . Əgər o sənin aşnandır, qoy sən deyən kimi olsun. (Üzün ərizəçiyə
çevirir). A kişi, get həkimə bir çuxa da ver, onu razı elə. Səməd
bəy, bir fərraş qoş, getsin çuxanı alsın, versin həkimə.


Səməd bəy aşağı enir. Bu halda vəzir töyşüyə-töyşüyə içəri girir, qələmdanın
aparır qoyur xanın qabağına.


Və z i r . Qurbanın olum, bəsdir dəxi mənim vəzarət etməyim.
Mənim qulluqlarımın əvəzi mənə yetişdi, indi vəzarəti hər kəsə ki,
layiq görürsən, ona ver; Mən başımı götürüb bu vilayətdən dərbədər
olacağam!
Xan (təəccüblə). Cənab vəzir, nə var, sənə nə olubdur? Bu nə
halətdir?
Və z i r . Başına dönüm, cəmi ölkələrdə bu zamanadək sənin ədalətin
dillərdə söylənir, sənin qorxundan heç bir kimsənə bəndələrindən
bir fəqirin malına və əyalına dəstdirazlıq edə bilməz. Amma sənin
qardaşın oğlu Teymur ağa gör necə səndən bivahimədir ki, günün
günortasında mənim kimi kişinin evinə giribdir ki, övrətimə əl uzatsın.
Xan (qeyzə gəlib). Vəzir, nə söyləyirsən? Teymur bu cürəti edə
bilərmi?
Və z i r . Sənin çörəyin mənə qənim olsun əgər xilaf ərz edirəm!
Özüm gözüm ilə gördüm; tutdum ki, əyliyib qulluğuna gətirəm, əlimdən
dartınıb çıxıb getdi.
Xa n . Səməd bəy, bu saatda get Teymuru bura çağır! Amma bu
xüsusda ona bir söz demə! (Səməd bəy baş vurub gedir). Vəzir, aram
tut, indi bu saatda ona bir divan edərəm ki, məcmui-aləmə ibrət olar!
Və z i r . Başına dönüm, keçən padşahlar ədalətin icrasında övlad
və əqrabalarına tərəhhüm etməyiblər. Xüləfayi-əzimüşşən5 öz övladlarına
xalqın əyalına kəc baxmaqdan ötrü bazxasti-şədid etmişlər. Sultan
Mahmud Qəznəvi6 bu günə cürm üçün müqərrəblərindən birisinin
boynunu öz əlilə vurdu. Odur ki, müruri-dühur ədalətlərinin vəsfi
aləmdə məzkurdur.
Xa n . Vəzir, indi görərsən ki, sənin xanın da bu babda xüləfalardan
və Sultan Mahmud Qəznəvidən əskik deyil.


Bu halda Səməd bəy Teymur ağa ilə içəri girir, hər ikisi baş əyirlər.


Xan (Teymur ağaya). Mən sənə buyurmamışam ki, heç vaxt xəncər
ilə mənim hüzuruma daxil olma?!

Teymur ağa. Mən xəncər qurşamamışam!
Xa n . Mənə belə göründü. Xub, sənin vəzirin hərəmxanasında işin
nə idi? (Teymur ağa başın aşağı salır). Sənin qərəzin budur ki, sənin
kimi nadürüst qardaş oğlundan ötrü mən vilayətlər içində bədnam
olam? Mən sənin kimi qardaş oğlunu istəmirəm! Tənab! (Haman saat
bir neçə fərraş əllərində tirmə şal hazır olurlar). Salın şalı bunun boynuna,
sürüyün aşağı!


Fərraşlar şalı salmağa hazırlanırlar, tamam bəylərin gözü dolur yaş ilə.


E ş i k a ğ a s ı v ə t a m a m b ə y l ə r . Xan, qurbanın olaq, cavandır,
bu səfər bağışlayın bunun təqsirini!
Xa n . Babam ərvahına, hərgiz bağışlamanam. (Üzün çevirib).
Salın şalı! (Fərraşlar bir cüzvi hərəkət edirlər; tamam bəylər ağlamaqdan
özlərini saxlaya bilməyib biixtiyar ökküldəməyə şüruh edib torpağa
düşürlər, yalvarırlar).
B ə y l ə r . Amandır, xan, başına çevir, anasının bircəsidir. (Ökküldəyirlər).
Xa n . Olmaz, olmaz! (Qeyzlə fərraşlara üzün tutub). Salın demirəm,
köpək uşağı!


Fərraşlar əllərində şal, yavıqlaşdıqca Teymur ağa cəld əlin uzadıb dalısında sancılmış
tapançanı çıxardıb çevirir fərraşlara sarı; fərraşlar qorxudan hər tərəfə səpələnirlər;
Teymur ağa aralıqdan çıxıb gedir.


Xan (dalısınca). Ay tutun, ay qoymuyun getsin!


Hamı hərəkət edir, amma dalısınca düşən olmur.


Xan (acıqlanmış, bəylərə üzün tutub). Sizin heç biriniz mənim
mərhəmətlərimə layiq deyil! Bu cüvəllağını niyə qoydunuz getdi?!
(Heç kəs cavab vermir). Səməd bəy!
Səməd bəy qabağa yeriyir.
Xa n . Bu saatda əlli nəfər cəzairçi7 özünlə götür, Teymuru hər
yerdə olsa, axtarıb tapıb tutun, qolu bağlı bura gətirin; ta mən onu öldürməsəm,
ölkə dincəlməz!
S ə l i m b ə y . Baş üstə. (Qapıdan çıxır).
Xan (bəylərə). Dağılın!


Bəylər dağılırlar.

Xa n . Əziz ağa! (Əziz ağa qabağa gəlir). Lötgə hazırdırmı?
Əz i z a ğ a . Hazırdır!
Xan (ayağa durub). Vəzir, sən get, aram tut, qəm eləmə, sənin
qisasın yerdə qalmaz. Al, bu üzüyü də Nisə xanıma ver, bu gün məxsus
onun üçün zərgərdən gətirtmişdim. Və onu köçürmək tədarükünə
məşğul ol; bir həftədən sonra gərəkdir toy başlansın!
Və z i r . Bəli, fərmanınıza əməl edəcəyəm.


Baş vurub çıxır. Sonra da xan Əziz ağa ilə lötgəyə minib dərya seyrinə çıxır.

Pərdə salınır

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR