Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Fətəli Axundzadə - Cəfərqulu xana (Səlam olsun məndən sərkar xana)

Mirzə Fətəli Axundzadə - Cəfərqulu xana (Səlam olsun məndən sərkar xana)
Sakura

Mirzə Fətəli Axundzadə - Cəfərqulu xana (Səlam olsun məndən sərkar xana)

Səlam olsun məndən sərkar xana,
Mollalardan bir az edim şikayət. 
Münkirdirlər əhadisə, qurana, 
Çifaidə gecdir hələ qiyamət! 

Yetmişəm bulardan qələd cana, 
Heç birisi yoxdur gələ imana. 
Görməmişəm belə əsrü zamana, 
Bular sarı nahəqq etdik siyahət! 

İstəmənik derlər xətti-cədidi, 
Əbəs yerə döymə soyuq hədidi, 
Üştüri-binoxta hərgiz büdidi? 
Bizlərdə nöqtəsiz olmaz kitabət! 

Qəzəb etsin tanrı belə millətə! 
Rəva deyil bular girə cənnətə, 
Nə vacibə qail, nə də sünnətə, 
Görməsinlər peyğəmbərdən şəfaət!.. 

Biri söylər: “Nədir bu nuni-səğir? 
Laım deyil bizə nə zəbər, nə zir! 
Yazacağıq elə begiri Bəkir! 
Sən ha çığır-bağır elə məlamət” 

Bir neçəsi üzdə müsəddiq olur, 
Qaib olur məndən, münafiq olur. 
Mirzə Əli ancaq ki, sadiq olur, 
Yerdə qalan cümlə tapır zəlalət! 

Bilmirəm ki, nədir bu işə çarə! 
Gəlimmi mən Qarabağa dübarə? 
Olmasa gər xandan cüzi işarə, 
Əlifbey sarıdan olmanam rahət!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR