Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Əli Möcüz - Çiçək

Mirzə Əli Möcüz - Çiçək
Sakura

Mirzə Əli Möcüz - Çiçək

İki qız aldın әlimdәn, boyadın qanә, çiçәk!
Bu ki bir danәdi, rәhm eylә bu oğlanә, çiçәk!
Dedim: "Oğlana çiçәk döydürәk", övrәt dedi: "Yox"
Etiqad eylәmәdim mәn dә o dәrmanә,çiçәk.
Titrәrәm bәrgi-xәzan tәk gecәlәr ta bәsәhәr,
İki qurban kәsәrәm gәr gedә Dәryanә çiçәk.
Xәlq edib xaliqi-can, ey bacı, hәr dәrdә dәva,
Aqil ilә işi yox, bәnd olu nadanә çiçәk.
Lövhi-mәhfuzә yazılmış: "Gәrәk ölsün balalar!"
Bu "Gәrək" lәfzi gәrәk od vura İranә, çiçәk!
Qәbr qazmaqdan olubdur әl-ayağı şil-küt,
Bizә rәhm eylәmәsәn, rәhm elә gorkanә çiçәk.
Gözәli çirkin edib, eylәmә rüsvayi-cahan,
Qorxuram qızlar әlindәn qaça Tehrana, çiçәk!
Qızların şikvәsini gәr eşidә şahi-cahan,
Bağlar әl-qollaruvi, göndәri zindanә, çiçәk.
Bu qızı kim alacaq qoynuna, ey vay bәmәn,
Qaşı yox, kirpiyi yox, bәnzәmir insana, çiçәk.
Gәr çiçәk yerlәrinә sürtә bu bir pud kirşan,
Yenә gәlmәz süfәtә, heyf ola kirşanә, çiçәk.
Oxşar, ağlar analar, çün deyәr: "Ey vay, bala vay!"
Dәrü divar gәlәr nalәvü әfğanә, çiçәk.
Ana çün gördü ciyәrparәsini qan aparır,
Qüssәdәn oldu dәli, düşdü biyabәnә, çiçәk,
Nә firәng ilә işin var, nә urus ilә sәnin,
Olmusan bәnd fәqәt millәti-İranә, çiçәk.
Od vurub başdan ayağә Әcәmistanı qırır,
Nә Amerkanә gedirsәn nә dә Almanә, çiçәk.
Qorxuram eylәyә qilmanә sәrayәt bu mәrәz,
Bu uşaqlar ki, gedir rövzeyi-rizvanә, çiçәk.
Ölmәli çox qocalar Әrvanәq, Әnzabdә var,
Tifli-mәsum aparırsan, niyә, divanә çiçәk?
Etiqad eylәsә peyvәndә müsәlman, Möcüz,
Bu qәdәr eylәmәz azar müsәlmana çiçәk!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR